19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

döyüşdəcə həlak olublar.

Beyrək:

—Rəvadırmı ki, cavan igidlər bir qızdan ötrü buğanın

buynuzunda həlak olsunlar. Get, xaqana xəbər apar, de ki, məni

meydana buraxsın, mən əjdahaları öldürüm, yaxşı igidlərin canını

qurtarım.

Xaqana xəbər getdi. Təbillər, şeypurlar çalındı. Sağ bəylər, sol

bəylər, əyanlar, əmirlər meydana toplaşdı. Xüsusi köşkdə Xaqanın

qızı sarı donlu Selcan xatun əyləşmişdi. Yanında yeddi incə belli qız

vardı.

Beyrəyi meydana gətirdilər.

Xaqan:

—Bu qoçağı anadangəlmə soyundurun, — dedi. Beyrək soyundu,

bircə qızılı incə kətan bezini belinə sarıdı.

Qız koşkdən baxırdı. Beyrəyi görəndə öysəl olmuş dana kimi

ağzının suyu axdı, igidə aşiq oldu, yanındakı qızlara dedi:

—Allah atamın könlünü rəhmə gətirsin. Kəbin kəsib məni bu

igidə versin... Hayıf deyilmi bunun kimi igid heyvanların əlində

həlak ola?

Zəncirlə buxovlanmış buğanı çəkib meydana gətirdilər. Buğa

dizin-dizin çökdü, buynuzu ilə mərmər daşı yoğurdu, pendir kimi

diddi. Beyrək sağına baxdı, soluna baxdı, dedi:

—Sarı donlu Selcan xatun koşkdən baxar, kimə baxsa eşqilə oda

yaxar, sarı donlu qız eşqinə "hu"!

Beyrək "hu" deyib buğanın üstünə cumdu. Buğanın zəncirini

açdılar, meydana buraxdılar, buğa buynuzlarını almaz cida kimi

Beyrəyin üstünə sürdü.

Beyrək buğanın alnına bir elə yumruq vurdu ki, buğanı dalı üstünə

çökdürdü, alnına yumruğunu dayadı, sürüdü, meydanın başına çıxardı,

çox çarpışdılar, nə buğa yenər, nə Beyrək yenər. Buğanın ağzı

köpükləndi. Beyrək buğanın onündən çəkildi. Buğa buynuzu üstünə

yıxıldı, Beyrək onun quyruğundan tutub qaldırdı, üç kərə fırladıb yerə

saldı. Buğanın sümükləri xurd-xəşil oldu. Beyrək buğanı basdı,

boğazladı, bıçaq çıxarıb başını kəsdi, aparıb xaqanın önünə atdı.

Selcan xatun sevincək yerindən sıçradı. — Bu igidi gözüm gördü,

könlüm sevdi, — dedi.

Xaqan:

—Heyvanların sərvəri aslandır, — dedi, onunla da oyun göstər.

91

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!