19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Xalqlarının Birinci Qurultayı, bu qurultayın ekzotik qiyafələrdə

nümayəndələri. Avropa ölkələri rəhbərlərinin müqəvvalarının

yandırılması və s. dövrə aid kadrlar. Ən səciyyəvi və ifadəli, dövrü

dəqiq göstərən kadrlar seçilməlidir. Arxivlərdə belə kadrlar

yetərincədir. Bu kadrlar mədəni həyatı göstərən kadrlara keçir —

tamaşalar, afişlər, konsertlər və s.

Bakıda Birinci Türkoloji qurultaya aid kadrlar. Onların arasında

Əlibəy Hüseynzadəni əks etdirən kadr.

Həmin qurultayda Hüseyn Cavidi əks etdirən — yazıçının yeganə

kino kadrı. Kadr iriləşdirilir və durdurulur (stop kadr).

Dairəvi teatr afişası. Kamera ŞEYX SƏNAN elanını

yaxınlaşdırır.

Cəfər Cabbarlının sənədli kadrları.

Keçmiş Tağıyev teatrı (indi Musiqili komediya teatrı) binasına tərəf

gələn adamı görürük. Bu gənc Cəfər Cabbarlıdır.

Teatrın arxa qapısından içəri girmək istərkən təlaşla o yan-bu

yana boylanan Əlilini görür.

Cəfər:

—Yallah, Əlili — deyir — Niyə belə həyəcanlısan, xeyir ola?

Əlili:

—Salam, Cəfər. Bilirsən də, Şeyx Sənanı bir gün Abbas Mirzə,

bir gün Ülvi oynayır. Bu gün Ülvinin nöbəsidir. Amma gəlib

çıxmayıb, yəqin çaşdırıb, elə bilib Abbas oynayacaq. Abbas da çıxıb

gedib bağa.

Cəfər:

—Darıxma, ikisindən birini Allah yetirər, Gəlməsələr, özüm

oynaram.

Əlili:

—Sən elə zarafatından qalmırsan. Heç zarafatın yeridir?

Tamaşaya yarım saat qalıb, Müdir, bilirsən, əzvayın biridir, mənim

tükümü didəcək, o da didməsə, tamaşaçılar didəcək.

Cəfər:

—Dedim sənə darıxma. Ölməmişəm ki..

Əlili:

— Yəni sən rolu bilirsən ki?

Cəfər:

—Başdan axıracan əzbər. Mizanlar da hamısı gözümün

qabağındadır. Nahaq yerə bu teatrda bitib qalmıram ki...

245

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!