19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"BİZ ONA GÖRƏ YAZMAĞA BAŞLADIQ Kİ,

NARAZIYDIQ…"

Mənsub olduğum yazıçılar nəslini bütünlüklə, bütün mürəkkəbliyi

və əhəmiyyəti ilə əhatə etməyi qarşıma məqsəd qoymuram. Həm də

"nəsil" məvhumunun özü çox qeyri-müəyyən anlayışdır, bu anlayışı

müxtəlif cür yozmaq olar.

Mən ancaq yaxşı tanıdığım bir dəstə ispan yazıçısı haqqında

danışa bilərəm. Bu dəstə sayca kiçik olsa da, siqləti böyükdür. Mən

onlarla birlikdə yaşamış, mübarizə etmiş, ümid bəsləmişəm. Bizi

dostluq və qardaşlıq hissləri bağlayıb. Mən nə tənqidçiyəm, nə

tədqiqatçı, onları mühakimə edə bilmərəm. Onlar mənə çox yaxındır.

Mən özüm də onlardan biriyəm. Mənim məqsədim amansız vətəndaş

müharibəsi illərində və bu müharibədən sonra böyüyüb yetkinləşmiş

bir dəstə oğlan və qız haqqında söhbət açmaqdır. Mən bu

yazıçılardan danışmaq üçün onların uşaqlıq illərinə qayıtmalıyam.

Uşaqlıq bizi daima təqib edir və yazdığım bütün əsərlərdə bunu görə

bilərsiniz. O gün — 1936-cı ilin 18 iyulunda bizim səkkiz-on

yaşımız vardı. Vətəndaş müharibəsi ağır bir yara idi. Bizim nəslin

yazıçı həyatının sağalmaz yarası… Biz uşaq idik, bir qədər ürkək,

narahat və hər şeyə maraq göstərən tamaşaçılar idik. Qarşımızda isə

böyüklərin faciəsi oynanılırdı. 1936-cı ilin 18 iyulundan dünya

gözlərimiz qarşısında dəyişməyə başladı. Bizə sabit görünən varlıq

birdən-birə parçalandı. Biz — bir dəstə uşaq eyvanlardan, pərdəli

pəncərələrin arxasından ürkək-ürkək, heyran-heyran küçələrə, silahlı

adamlara baxırdıq. Onları indiyədək görməmişdik. Bu əsəbi

adamların sifətlərində aclıq və nifrət izləri vardı. Onların tüfəng və

pulemyotları varlı evlərinə tərəf tuşlanmışdı. Əvvəllərdən bizə yaxşı

və pis deyə təqdim edilən şeylər, indi şübhə doğururdu. Həqiqət,

ədalət harda idi? Onları bizə kim göstərəcək? Bütün bu suallar

dəyişməz, sabit, məntiqli görünən keçmiş dünyaya ittihamnamə kimi

səslənirdi. Radionun səsi gecə sükutunu parçalayırdı. Mikrofonlar

qarşısında kişilər, qadınlar sanki eyni bir sözü tələffüz etməkdə bəhsə

girmişdilər, Bu söz bizim üçün təzə və anlaşılmaz idi. Bu —

"azadlıq" — "hürriyyət" sözü idi. Mütəhərrik, amansız, titrək həqiqi

həyat gözlərimiz qarşısında açıldı. Və dərhal bizim qarşımızda

yüzlərlə sual durdu, Nə üçün? Nəyə görə? Nə səbəbdən? Biz anladıq

501

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!