19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

COVANNİ BOKKAÇÇO

XIV əsr italyan yazıçısı

"DEKAMERON"dan bir parça

İgid cəngavər, markiz Monferat səlib yürüşündə iştirak etmək

üçün başqa xaçpərəstlərlə uzaq ölkələrə vuruşmağa yollanmışdı.

Onun şücaəti haqqında xəbər kral Filippə çatanda kimsə onu da əlavə

etmişdi ki, ikinci belə ər-arvad yer üzündə tapılmaz. Markiz ən

qoçaq, qorxu bilməyən cəngavər, arvadı isə dünyada ən gözəl və

ləyaqətli qadındır. Bu sözlər Fransa Kralına elə təsir göstərdi ki,

ömründə markizanı görməsə də bir an içində min qəlbdən bir qəlbə

ona aşiq oldu, ürəyində ehtiras alovu alışdı. Kral dərhal muradına

çatmaq istədi. Markizin uzaqlarda olması da bir fürsət idi. Beləliklə

markizaya ismarış yolladı ki, onlara qonaq gəlmək istəyir.

Ağıllı və tədbirli qadın olan markiza cavab göndərdi ki, Kralın

təşrif gətirməsi onlarçün böyük şərəfdir. Bir tərəfdən də fikirləşdi ki,

nədən Kral onlara məhz bu vaxt, əri səfərdə olanda qonaq gəlmək

istəyir. Belə zənn etdi ki, yəqin gözəlliyi haqqında soraq Krala da

çatıb və onun məqsədi aydın oldu. Zənnində yanılmamışdı. Kralı

layiqincə qəbul etmək qərarına gəldi, hər cür təamlar hazırlanmasını

tapşırdı, Amma şərt qoydu ki, bütün xörəklər toyuq ətindən olsun.

Dörd həndəvərdə nə qədər toyuq varsa hamısını kəsib yemək

hazırladılar.

Müəyyən olunmuş gün Kral gəlib çıxdı və markiza onu

dəbdəbəylə qarşıladı. Markizanı görəndə Kral anladı ki, qadın onun

təsəvvür etdiyindən də qat-qat gözəl və cazibədardır. Süfrəyə yeməkiçmək

gəldi. Masa üstündə tez-tez dəyişən təamlardan və bahalı

şərablardan cuşa gələn Kral markizaya aşiqanə nəzərlərlə baxırdı.

Xörəklər bir-birini əvəz edirdi, nəhayət Kral fərqinə vardı ki, hamısı

toyuqdan hazırlanmış yeməklərdir. Kral bilirdi ki, bu tərəflərdə hər

cür quş, heyvan olur. Süfrə üstündə yalnız toyuq təamları olmasından

təəccübləndiyini gizlətmədi, işvəkar bir təbəssümlə markizaya

baxaraq: — Markiza — dedi, — məgər sizin burda ancaq

toyuqlarınız var, heç xoruzunuz yoxdur?

Markiza Kralın eyhamını başa düşdü və qərara gəldi ki, bu

mukalimə ona istədiyini deməyə fürsət verir: — Əlahəzrət — dedi —

429

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!