19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

tanıyırıq. Biz hələ onun əsərlərini xalqımız qarşısında lazımı qədər

ifşa etməmişik. 25-ci ildən bu adam ilə mübarizə edirik. Mən bir

gənc bolşevik kimi...

Salondan yaşlı ədiblərdən biri:

—Gədə, bəyəm biz menşevik-zadıq? (gülüşmə)

Gənc TdramaturqU nitqini davam edir:

—TGöy-gölU hadisəsini də unutmamışıq, Əsən yellərlə

Türkiyəyə salam göndərən Cavad indi İstanbulda çıxan müsavat

jurnalından salamına cavab almışdır. İndi buyur, cənab Cavad,

əməkçi xalqa cavab ver.

Əhməd Cavad (kürsüdən):

—TGöy-gölU şeri öz-özlüyündə lirik bir parça olduğundan,

ümumiyyətlə, lirizmə məxsus bir səciyyə etibariylə ona müxtəlif

mənalar verilə bilər. Lakin nə TGöy-gölUdə, nə də mətbuatda çıxan

başqa yazılarımda, bilxassə 1924-cü ildən sonra, heç bir siyasi

məqsəd tutduğum yox. Şerimin Türkiyəyə necə gedib çıxmasından

da xəbərim yoxdur. Şerlərimdəki hüzn və üzüntü yalnız şəxsidir.

Mən indi əsasən xırda şerlərdən böyük əsərlərə keçməyə qədəm

qoymuşam. Ümidvaram özümü doğrulda bilsəm, ikinci TMoskvaU

əsəri üzərində çalışacam. Mənim niyyətim belədir ki, Oktyabr

inqilabının XX illiyinə kimi onu verim. Ona görə də bir çox

yoldaşlar mənim haqqımda düzgün danışmırlar.

Eynəkli natiq:

—Xeyir, tamamilə düz danışırlar. Azərbaycan Proletar və Şura

yazıçıları arasında sinfi düşmənçilik, xırda burjua təmayülləri və

Əhməd Cavadların təsiri altına düşənlər ilə amansız mübarizə

aparılmalıdır. Müşfiq də Türkiyə xırda burjua şairlərinin və Cavadla

Cavidin təsirindən qurtarmayır... Əcəba, Cavadın şagirdi olan Müşfiq

bunu etiraf edirmi? Müşfiq bizim ədəbiyyatımızda və şerimizdə ən

inkişaf etmiş gənclərdən idi. Cavad Müşfiqin bu nüfuzundan istifadə

edərək, eyni zamanda, öz əks-inqilabçı fikirlərini açıqdan-açığa

buluna bilmədiyinə görə, Müşfiqin vasitəsilə, onun dilavər şerləri

vasitəsilə yayırdı.

Müşfiq (salondan):

—Bu mənim adıma böhtandır.

Gənc TdramaturqU elə yerindəcə salondan şer oxuyur:

Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın

Yeridir sürgünə, ya salalar türməyə Əhməd Cavadı!

262

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!