19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Opera teatrının fonunda Aparıcı:

—"Leyli və MəcnunUun taleyi çox uğurlu oldu. Düz yetmiş dörd

ildir ki, bu opera səhnəmizdən düşmür…

BİRİNCİ SERİYANIN SONU

İKİNCİ SERİYA

Aparıcı:

—"Leyli və Məcnun"un ilk tamaşasından bir il sonra Üzeyir bəyin

həyatında mühüm hadisə baş verdi. Bakıda Terequlovların kiçik

bacıları Məleykəylə rastlaşdı. Onu hələ Tiflisdən tanıyırdı, o vaxt

balaca qız idi. Onlar evləndilər və bundan sonra ömürləri boyu birbirlərindən

ayrılmadılar.

Üzeyir bəy və Məleykə xanım "Sevgili canan" qəzəl-romansının

sədaları altında Bakı küçələrini dolaşır, indi bəstəkarın mənzilmuzeyi

olan evin qarşısına gəlirlər. Divarda muzeyin lövhəsini

görürük. Üzeyir bəy və Məleykə xanım içəri daxil olurlar.

Küçədə aparıcı pencərənin qarşısında dayanıb içəridən eşidilən

musiqiyə qulaq asır.

Aparıcı:

—Gəlin biz də bəstəkarın öz ifasında onun "Layla"sına qulaq

asaq.

Üzeyir Hacıbəylinin öz ifasında lent yazısı səslənir.

Aparıcı:

"Leyli və Məcnun"un uğuru Üzeyir bəyi yeni əsərlər üzərində

işləməyə ruhlandırdı. Beş il ərzində dörd opera və üç operetta

yaratdı. Əsərlərinin yalnız musiqisini deyil, librettolarını da özü

yazırdı. "Leyli və Məcnun"un ikinci tamaşasından başlayaraq öz

əsərlərinə özü də dirijorluq edirdi. Eyni zamanda qəzetləri redaktə

edir, hər gün felyetonları və məqalələri çıxırdı.

Üzeyir rolunda aktyorun müxtəlif kadrları — musiqi yazır,

dirijorluq edir, qəzetdə çalışır… Aparıcının kadrarxası səsi eşidilir:

Bəstəkarın ikinci operası — "Şeyx Sənan" uğur qazanmadı. 1909-

cu il dekabrın 12-də "Kaspi" qəzeti yazırdı: "Şeyx Sənan"ın tamaşası

gözlənildiyindən pis keçdi. Musiqi gözəl olsa da, şərq üslubuna

alışmış tamaşaçılar avropasayağı üslubu qəbul etmədilər".

Üzeyir:

207

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!