19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

una can atırmış — qələbələrinin siyahısina bir ad əlavə etməyə

çalışırmış və onu da düşünür ki, daha imtina etməyə bir şeyi

qalmayıb. Qadına elə gəlir ki, bu işdən sonra o məlakədən kənizə

çevrilib. Hissi və əqli durumu aldığı ləzzətlərın anımlarıyla daha da

şiddətlənir. Bu anların nadir və keçici olması duyğularını bir az da

gücləndirir. Vaxtını tikiş tikməklə keçirən qadın bu dəmlər yalnız öz

istəklisi haqqında düşünür, halbuki istəklisi hardasa at belində çapır,

ya döyüşdə çarpışır, hər halda tamam başqa bir aləmdə, tamam başqa

duyğularla yaşayır. Yaxud kişi saatlarla masasının arxasında oturub

bütün fikri-zikri yazısında olduğu vaxt, qadın yaşadığı məhəbbət

saatlarının xatirələrinə və gələcək görüşlərin fantaziyalarına qapılır.

Məhəbbətdə kişi qəlbin gizli əzablarına məhkum olursa, qadınları

ətrafdakıların istehzaları təqib edir. İctimai rəy qadınlar üçün daha

əhəmiyyətlidir, nəinki kişilərçün. Ona görə də qadınlar daha çox

inamsızdır. Onlarda məhəbbətin oyanması daha ləngdir, daha kövrək,

daha qərarsızdır. Sevgilisiylə görüş zamanı qadın tələsik düşünür —

eşqin ləzzətinə tabe olsun-olmasın, eyni zamanda sevgilisinin

yaxınlıq istəyi onu ürküdür və bütün zövq-səfadan vaz keçib özünü

qorumağa çalışır. Uzun müddət muradına çatmamaq erkəyi alçaldır,

qadını əksinə şərəfləndirir.

Sevən qadın bir il ərzində sevgilisinə cəmisi on-on beş söz deyə

bilər, fəqət görüşdükləri hər dəqiqəni, onu təsadüfən küçədə ya

teatrda gördüyünü, yaxud iki dəfə birlikdə nahar etmələrini, birgə

gəzintilərini bütün təfərrüatıyla hər zaman yaddaşında yaşadır.

Əlbəttə gözəllik məhəbbətin oyanması üçün şərtdir. Çirkinlik

məhəbbətə maneə ola bilər. Amma bəzən çox da gözəl olmayan

qadın kişinin qəlbində elə bir sevgi oyada bilər ki, o həqiqi gözəlliyin

nə olduğunu unudar və yalnız sevdiyini gözəl sayar.

Qəlbin qəribə cəhətləri var. Görürsən sevdiyin insan onu əhatə

edən mühitə özünün malik olduğu gözəllikdən də artıq gözəllik bəxş

edə bilir. Sevgilinlə görüşdüyün uzaq bir şəhər haqqında düşünərkən

biz sevgilinin özüylə görüşdən daha artıq zövq və ləzzət alırıq. Eşq

arzularının hesabı olmur. Mən fikir vermişəm ki, yaxşı bir romanı

hər iki-üç ildən bir yenidən zövqlə oxuya bilirəm. Eyni ləzzətlə

sevdiyim musiqini də dönə-dönə dinləyə bilərəm. Amma gərək

yaddaşım yardımçı olmasın, onları sanki bu müsiqi ya bu romanla ilk

dəfə tanış olur kimi qavrayım.

Vaxtilə sevdiyin və nə səbəbdənsə ayrıldığın qadınla yeni görüş

437

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!