19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

tərənnüm edən əsərlər gözləyirik.

Cavid mənzilində, iş otağında, yazı masasının arxasında. Yazdığı

pyesin adını (latın əlifbasıyla) oxuya bilirik: İBLİSİN İNTİQAMI

Cavid gah yazır, gah kağızdan ayrılıb xəyala dalır, gah durub vargəl

edir, papiros çəkir. Ekranda yazılmaqda olan Tİblisin intiqamıU

pyesinin bəzi fraqmentləri canlanır.

İblis:

—Kimdir bu gələn?

Birinci şeytan:

—Uzaq Şərqə, Yaponiyaya vardım, imperatorlar və generallar

mühitində dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam

alovları saçdım. Hamısı paylaşmaqda, ov bölüşməkdə şərikdirlər.

İkinci şeytan:

—Mən faşizm beşiyinə vardım, Roma generallarına qoşuldum,

pərəstişkarımız Mussolini ilə görüşdüm, müqəddəs Papa ilə kral

beynində yuva yapdım, bir kibritlə bütün başları alovlandırdım.

Üçüncü şeytan:

—İspaniya getdikcə qarışır. Ölkə və xalq ikiyə bölünmüş. Bir

yanda cümhuriyyətçilər və inqilabçılar, bir yanda faşizm generalları

ilə qiyamçılar. General Franko mənim göstərişlərimə tabedir.

Dördüncü şeytan:

—Mən Hitler Almaniyasını dolaşdım, özümüzə bir çox məsləkdaş

qazandırdım. Ordakı əməkçilərdən başqa hər kəs qan-qan deyən

qızmış canavar kimi dünyaya meydan oxuyurlar. Biz faşistlərə

yardım etməsək, yanğın tez sönəcək.

İblis:

—Bu işlərdə cənab Trotski məndən daha mahirdir. Əməkçilər və

işçilər arasında olmasa da, kapitalistlər və imperialistlər yanında azçox

nüfuzu var.

Cavid yazısından ayrılır, istehzayla gülümsəyir, başını bulayır və

papiros yandırır. Bir qədər var-gəl edəndən sonra, dərin bir ah

çəkərək yazısına davam edir. Ekranda Tİblisin intiqamıUndan xəyali

səhnələr canlanır.

Sovet nümayəndəsi (O dövrün xarakter sovet geyimində):

—Bizə aydındır ki, yer üzündə sülh istəyənlər müharibə

tərəfdarlarından qüvvətlidir. Çünki onların arxasında hərbə qarşı

kin və nifrət bəsləyən xalqlar durmuşdur. Bir çoxları təhlükəsizlikdən

bəhs etdikləri halda, gecə-gündüz silahlanırlar. Dünyanın hər

258

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!