19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Gənc Şövkət (aktrisa) söhbətini tamamlayır:

—Əgər təhsilimi davam etdirə bilməsəm özümü öldürəcəm.

Üzeyir gülümsünür:

—Darıxmayın, təhsilinizi davam etlirəcəksiniz. Biz sizə kömək

edərik.

Real Şövkət xanımın sənədli kadrları. Şövkət xanım:

—Bu sözləri heç vaxt unutmayacam. Bilmirdim onlar kimdir,

mənə necə kömək edə biləcəklər, amma əsas bu deyildi, əsas o idi ki,

ömrümün bu çətin vaxtında vətənimdə mənə yardım əlini uzadan

adam tapıldlı.

Gənc Şövkət (aktrisa):

—Axı siz nə yolla mənə kömək eləyə bilərsiniz?

Üzeyir:

—Mən hər şeyi fikirləşmişəm. Sabah mənim tamaşam oynanır:

"Ər və arvad". Camaat çox gəlir bu tamaşaya, pul çox yığılacaq.

Dostlarımla danışmışıq. Tamaşa sizin benefisinizə oynanacaq.

Tamaşadan sonra öz repertuarınızdan bir-iki mahnı oxuyarsız və

yığılan bütün məbləği sizə verərik. İtaliyada təhsilinizi davam

etdirərsiz.

Gənc Şövkət:

—Sağ olun. Çoxlu italyan və rus musiqisi oxuyuram, amma

burda, Bakıda çıxış etmək…

Üzeyir:

—Demək istəyirsiz ki, hələ heç vaxt şərq qadını səhnəyə

çıxmayıb. İlk qaranquşumuz elə siz olarsız da…

Şövkət:

—Nə deyim… çətindir…

Üzeyir:

—Hər təzə işi başlamaq çətindir.

Real Şövkət xanımın sənədli kadlrları. Şövkət xanım:

—Yadımdadır, Üzeyir yeni əsərinin notlarını gətirmişdi, royal

arxasına keçdi.

Üzeyir:

—Təzə operetta yazmaq istəyirəm. Hələ mövzusunu fikirləşirəm.

Amma bir ariya artıq hazırdır.

Notları Şövkət xanıma verir və royalda çalmağa başlayır, Şövkət

xanım notları nəzərdən keçirir, Gülçöhrənin ariyasını əvvəlcə

zümzümə etməyə, sonra oxumağa başlayır.

211

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!