19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sarabski:

—Siz hələ baxarsız, finalda neyləyəcəm.

Yenə də "Leyli və Məcnun" operasından fraqmentləri görürük.

Aparıcının kadrarxası səsi:

—İndi siz Sarabskinin özünü əks etdirən sənədli kadrları

görəcəksiniz.

Sarabskini Məcnun rolunda əks etdirən sənədli kadrları görürük,

sonra bu kadrlar eyni mizansəhnədə eyni qiyafə və qrimdə

Sarabskini oynayan aktyorun kadrlarıyla əvəz olunur və o da

xronikadakı real Sarabski kimi arxası bizə olaraq səhnənin kənarına

tərəf gedir. Filmimizdəki Sarabski xəyalən səhnədən çıxıb boz bir

səhrayla addımlayır, get-gedə uzaqlaşır.

Səhra, qumlar, qumlar…Operanın dahiyanə final xorunun sədaları

altında Məcnun səhrada get-gedə uzaqlaşıb itir.

Yenidən teatra, səhnəyə qayıdırıq. Tamaşa bitir. Gurultulu alqışlar

qopur. "Əhsən!", "Bravo!" səsləri eşidilir. Səhnə önündə Üzeyir,

Ərəblinski, Haqverdiyev, aktyorlar tamaşaçılara baş əyir. Üzeyir

(təəccüblə Ərəblinskinin qulağına pıçıldayır):

—Bəs Sarabski hanı?

Səhnə arxasında Sarabski bir bucağa qısılıb ağlayır.

İçərişəhərin küçələrindən biri. Sarabski bu küçələrlə addımlayır.

Uşaqlar onun dalınca düşərək:

—Məcnun! Məcnun! —deyə qışqırışırlar.

Aparıcının kadrarxası səsi:

—Hamı onu Məcnun deyə çağırmağa başladı və bu Sarabskinin

ürəyindən idi.

Bakıda, Fəxri xiyabanda Sarabskinin Məcnun rolunda qəbrüstü

abidəsi. Aparıcının kadrarxası səsi:

—Sarabski Məcnunun ilk, ən yaxşı və otuz il ərzində misilsiz

ifaçısı oldu. Qırx ikinci ildə vəfat etdi. Ömrünün son günündə tarzən

Qurban Pirimovu və aktrisa Həqiqət Rzayevanı yanına çağırıb və

xahiş edib ki, "Leyli və Məcnun"dan bir parça ifa etsinlər.

Sənədli kadrlar. Xəstə Sarabski yatağında uzanıb. Qurban

Pirimovun tar çaldığı sənədli kadrlar bizim filmimizdəki "Leyli və

Məcnun" epizodlarıyla canlanır. Sanki bütün bunlar xəstə və qoca

Sarabskinin xəyalında canlanır — Məcnunun səhnələri, alqışlar,

güllər, premyera günü "açın bütün pəncərələri" deməsi və tamaşadan

sonra səhnə arxasında ağlaması.

206

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!