19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qalmış yurdum, gözəl yurdum! Qazan Uca dağın ətəyinə gəldi,

Qaraca Çobanı səslədi:

—Ehey, Çoban, — deyə çağırdı. — Çoban mənim evim burdan

keçdimi, gördünmü, desənə mənə. Çoban dedi:

—Ölmüşmüydün, itmişmiydin, Qazan? Haralarda gəzirdin?

Dünən yox, ötəki gün evin burdan keçdi. Boyu uca Burla xatun qırx

incə belli qızla burdan keçdi!

Çoban belə decək Qazan ah elədi, ağlı başından çıxdı, dünya

gözünə qaranlıq oldu.

Dedi: — Ağzın qurusun, Çoban! Dilin çürüsün Çoban!

Çoban dedi:

—Nə qarğıyırsan mənə, Qazan?! Altı yüz yağı üstümə gəldi. Üç

yüzün öldürdüm, üç yerdən yaralandım, ağ saqqallı atamı öldürdülər.

Yalqız qaldım, amma elin malından bircə qoyun yağılara vermədim.

Bumudur mənim taqsırım?! Qonur atını mənə ver, qalxanını mənə

ver, qara polad üz qılıncını mənə ver, gedim yağının üstünə, ölsəm

atamın yolunda ölüm qanını alım, sənin də evini qurtarım.

Qazan:

—Artıq-əskik danışma, Çoban, — dedi, — özümə nə gəlib ki,

mənim evimi sən qurtarasan?! Qazan atını qamçılayıb yola düzəldi.

Qaraca Çoban onun toz qaldırıb getdiyi dolama yollara baxdı,

sonra özü də atlandı, Qazanın dalınca. Qazan onu görmədi. Amma

gədiyi aşanda, Çoban birdən dayandı, geri döndü. Uca dağın

zirvəsinə qalxdı, atasının vəsiyyət elədiyi kimi iki tonqal çatdı,

çaxmaq daşıyla alışdırdı. Tonqallar alovlandı. Qaraca Çoban yenidən

Qazanın ardınca çapdı.

Qıpçaq Məlik öz talvar-taxtında yeyir-içir, gözəllərlə əylənirdi.

Aşağıda onun adamları oturmuşdular, əl-qolu bağlı Turalın üstünə

yapıncı atıb eşik qapısının ağzında uzatmışdılar. Gəlib-gedən onu

tapdayıb keçirdi.

Girən basdalayırdı, çıxan basdalayırdı.

Tural dişlərini qıcayıb dözürdü, ondan nə bir inilti, nə bir zırıltı

çıxırdı. Qıpçaq Məlik şərabı başına çəkib piyaləni Turalın üstünə

atdı. O, lap keflənmişdi, gözləri qıpqırmızı qan çanağı idi. Yarıçılpaq

qızlardan biri onu qucaqladı, Qıpçaq Məlik onu itələdi, üzünü

adamlarına tutub:

—Bilirmisiniz Qazana necə heyf eləmək gərək, — dedi. —

103

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!