19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sevgililərə rəğbət bəsləməyi tövsiyyə etmir ki… "

Düşünürəm ki, oxuduqlarım bəs edər, əlavə olunası ya aydın

olmayan məsələlər varsa buyur, soruş, Sokrat, səncə bu əsər necədi:

Hər şey çox gözəl ifadə olunub, deyilmi?

SOKRAT. Əladır dostum, mən heyran oldum. Səbəbi də sənsən,

Fedr. Mən sənin bu əsəri necə oxumağına diqqət edirdim. Elə

ləzzətlə oxuyurdun ki, mən də səninlə bərabər məftun olurdum. Həm

də axı bu məsələləri sən məndən qat-qat yaxşı bilirsən.

FEDR. Deyəsən zarafat edirsən.

SOKRAT. Yox, sənə elə gəlir. Mən ciddi deyirəm. Sənin

oxumağından mən də cuşa gəldim. İndi də sən məni dinlə və sus.

Bəlkə danışdığım zaman başımın üstündə müqəddəs halə də əmələ

gəldi.

FEDR. Doğrudur.

SOKRAT. Günah səndədir. Amma qulaq as, yoxsa bu vəhy keçib

gedə bilər. Beləliklə sevənlərə, ya biganə olanlara qulluq göstərənlər

faydamı, zərərmi gətirə bilər. Ləzzətin əsiri olanlar, zövq-səfayə

aludə olanlar çalışacaq ki, sevdiklərini də öz istəklərinə uyğun hala

salsın. Bu xəstəliyə düçar olanlarda hər bir maneə ya onlardan güclü

hər şey dəhşətli nifrət hissi doğurur. Hətta sevdiyinin də nədəsə

ondan üstün olmasını, ya ən azı ona bərabər, ona tay olmasını

istəməz. İstər ki, sevgilisi köməksiz, aciz, müti olsun. Savadsız

alimdən, qorxaq cəsurdan, pəltək bəlağətlidən zəifdir. Bax, sevgili də

sevdiyində məhz bu zəif cəhətləri qabartmağa çalışır ki, öz

üstünlüyünü qoruyub saxlasın.

Bu halda belə o yenə də qısqanmaya bilməz. Qısqandığı üçün də

sevgilisinin başqalarla ünsiyyətdə olmasını istəmir. Hətta bu

ünsiyyətin onun özünə faydası varsa belə onu yaxın qoymur.

Ünsiyyət sevgilisini ucalda bilər, buna yol vermir, qorxur ki, ucalmış

sevgilisi ona yuxarıdan aşağı baxar. Sevgilisini aşağılamaq üçün hər

üsula əl atmağa hazırdır, təki sevdiyi bütün başqa insanlara nifrət

bəsləsin, bircə onun özünə həmişə heyran baxışlarla baxsın. Bundan

zərər çəksə də belə olsun. Deməli, bu sayaq aşiq sevgilisinə faydalı

yoldaş ola bilməz.

Bir məsələ də var. Nə qədər ki, aşiq sevir, o zəhlətökəndir, hamını

eşqiylə də, qısqanclığıyla da zinhara gətirir. Elə ki, sevgi keçib gedir,

o, xəyanətkara çevrilir, bol-bol verdiyi vədləri unudur. Ehtiras

sönəndən sonra onun hər hərəkətinə ağlı nəzarət edir, sevgilisi isə

395

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!