19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

həyata keçməsi üçün aqressivlik tələb edir. Əgər mənim fikirlərimi

izləməkdə davam etmək istəyirsinizsə bir şeyə də diqqət edin.

İnsanların hərəkətlərində bu iki meyldən ancaq çılxa birinə rast

gəlmək olmur, bu ya digər dərəcədə hər ikisi vəhdət təşkil edir —

eros və dağıdıcılıq.

Mənə elə gəlir ki, müharibə təhlükəsinin aradan qalxması

məsələsindən danışmaqdansa Sizin vaxtınızı öz nəzəriyyələrimlə

aldım. Amma hər halda yenə də dağıdıcılıq meyli üstündə bir azacıq

durmaq istərdim. Bəzi müşahidələr nəticəsində belə bir nəticəyə

gəldim ki, bu dağıdıcılıq meyli hər bir insanın içində var və onun son

məqsədi həyatı yenidən cansız materiyaya çevirməkdir. Bu meyli

tam haqla ölüm meyli adlandıra bilərik, erotik meyl isə təbii ki, həyat

meylidir. Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, nə qədər

calışsaq da insanı aqressiv meyllərdən xilas etmək mümkün deyil.

Məsələ ancaq bu cür qoyula bilər ki, bu aqressivliyi tamamilə aradan

götürə bilməsək belə, onu uzaqlara yönəltmək olar. Elə sahələrə ki,

müharibələrlə nəticələnməsin. Müharibəyə meyl dağıdıcılıq

instinktiylə yaranırsa ona qarşı erotik meyli qoymaq olar.

Görürsünüzmü, çağdaş problemlərdən uzaq nəzəriyyəçidən bu

məsələlərlə bağlı bir fayda almaq çətindir. Nədən biz müharibəyə bu

qədər nifrət edirik? Axı müharibənin bioloji əsasları var, praktik

olaraq onun qarşısını almaq qeyri-mümkündür. Məsələni belə

qoyduğuma görə dəhşətə gəlməyin. Nə qədər ki, dünyada varlılar və

kasıblar var, nə qədər ki, başqa millətləri məhv etmək istəyən

millətlər var, həmin bu məhvi planlaşdırılan millətlər də silahlı

müqavimətə hazır olmalıdırlar. Amma biz bu məqamda dayanıb

durmaq istəmirik. Mənim fikrim ayrıdır: Məncə biz müharibəyə ona

görə nifrət edirik ki, pasifistik. Təbiətimiz etibarilə pasifistik.

Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik? Bunu demək

çətindir, amma bu xam xəyal da deyil. Pasifist mövqeyin get-gedə

daha geniş yayılmasına səbəb əvvəla mədəniyyətin təsiri, ikincisi

gələcək müharibələrin dəhşətlərindən qorxu hissidir. Bəlkə də buna

görə yaxın zamanlarda müharibələrə son qoyulacaq. Bu hansı yolla

olacaq, indidən deyə bilmərik, amma bir şeyi qəti bilirik — mədəni

inkişafa xidmət edən hər şey müharibələrin əleyhinə işləyir.

Mən Sizi ürəklən salamlayıram və əgər mülahizələrim Sizi təmin

etmirsə, məni bağışlamanızı xahiş edirəm.

Sizin Ziqmund Freyd.

464

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!