19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

saatdan sonra gəlib aparacam.

Burdan Xudayar bəybir başa bazara gəlir, iri kəllə qənd alır,

çuxasının altında gizlədir. Ora-bura döyükə-döyükə gəlib bir evin

qapısı qarşısında dayanır. Taqqül-babı döyəcləyir, üst-başını

düzəldir, mötəbər görkəm alır.

Qapı açılır. Saqqallı yaşlı adam — qazı — soruşur.

—Kimi istəyirsən?

—Mən kəndimizin katdası Xudayar bəyəm, Qazı lazımdı mənə.

—Qazı nəyinə gərəkdir?

—Onunla vacib işim var.

Qazının iti gözləri Xudayarın çuxası altında gizlətdiyi kəllə qəndi

görür

—O nədi elə, çuxanın altında gizləmisən?

—Qənddir. Xeyir işin şirinliyidir, xeyir işimiz var.

—Yaxşı, gəl içəri — deyə qazı Xudayarı evə dəvət edir və eyni

zamanda çığırır:

—Dəf olun, qonağımız var.

Tələsik qaçışıb gedən qadınları arxadan görürük

Qazı Xudayarı böyük otağa gətirir, Xudayar bəy başmaqlarını

çıxarıb içəri keçir, ora-bura döyükür...

Bir azdan qazı gəlir, amma o indi başqa qiyafədədir. Ağappaq

çuxa, əmmamə. Əlində müsür təsbeh. Oturur, Xudayarı da dəvət edir

ki, əyləşsin.

—De görüm işin nədi?

—Qazi sənsən?

—Bəli.

Xudayar bir az təəccüblənir, sonra kəllə qəndi çıxarıb ortaya

qoyur.

—Qazı ağa, ərz etdim ki, bu qənd şirinlikdir. Xeyir iş üçün

gəlmişəm yanına. Evlənmək istəyirəm, gərək kəbin kəsəsən.

—Evlənmə yaxşı işdi. Allah xeyrə calasın. Bu saat kəbinini

kəsərəm, siğəni oxuyaram.

—Bəli, amma…

—Daha nə amma?

—Axı deyəsən şahidlər də gərəkdi.

—Əlbəttə, bəs necə, hanı şahidlərin? Çağır gəlsinlər işi tamam

edək.

—Şahidləri gətirmək çətin iş deyil, amma…

154

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!