19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

DƏDƏ QORQUD DÜHASI

(üç hissəli sənədli filmin ssenarisi )

"Kitabi Dədəm Qorqud" və dastan haqqında araşdırmaların

müxtəlif illərdə və müxtəlif dillərdə nəşrlərindən ibarət kollajın

fonunda filmin titrləri gedir.

Nizami muzeyinin fasadı — Azərbaycan ədəbiyyatının

klassiklərinin heykəlləri. Muzeyin içinə giririk. Dədə Qorquda həsr

olunmuş otaqda, stendlərin önündə Aparıcı dayanıb. Bayaq kollajda

gördüyümüz nəşrlərdən birini — "Kitabi Dədəm Qorqudu" götürür,

açır, oxumağa başlayır.

—Xanım hey!

Sonra aparıcı üzünü kameraya tutub danışmağa başlayır:

—"Kitabi Dədəm Qorqud" bu sözlərlə başlanır. Bu gün bizimlə bizim

dildə danışan Azərbaycan ədəbiyyatı bu sözlərlə başlanır.

Hər hansı xalq — ədəbi irsi nə qədər zəngin olsa da bir ya iki

əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə Baş kitab xalqın

varlığını ən dolğun və bitkin şəkildə əks etdirir, millətin mənliyini,

mənşəyini və məskənini təsdiq edir. Xalqın həyat tərzi, güzəranı,

ədəb-ərkan qaydaları, milli xarakterin ruhu və dərin mahiyyəti belə

əsərlərdə tam ifadə olunur. Azərbaycan xalqının şah əsəri, Ana

kitabı Dədə Qorqud dastanıdır. Türk xalqlarının Şekspir

səviyyəsində dramaturqu, Tolstoy ya Balzak miqyasında romançısı

yoxdur. Amma ingilislərin, rusların, fransızların da TDədə QorqudU

əzəmətində dastanları yoxdur.

Drezden şəhərinin ümumi panoramı, bir neçə küçəsi, məşhur

yerləri, Drezden qalareyası. Sonra kamera Drezden kitabxanasını

göstərir, Kitabxananın içinə girir və "Kitabi Dədəm Qorqud"un

saxlandığı yeri görürük.

Aparıcı:

Bu gün əlimizdə "Kitabi Dədəm Qorqud"un iki əlyazması var:

307

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!