19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ZİQMUND FREYD

(1856-1939)

Avstriya alimi, psixiatr-həkim,

psixoanalizin banisi

MÜHARİBƏ MÜTLƏQDİRMİ?

ALBERT EYNŞTEYNƏ MƏKTUB

Vena, sentyabr, 1932

Əziz cənab Eynşteyn!

Biləndə ki, mənə Sizi maraqlandıran və rəyinizcə başqalarının da

diqqətini çəkməyə layiq olan bir mövzunun müzakirəsində iştirak

etməyi təklif edirsiniz, dərhal razılaşdım. Elə düşünürdüm ki,

seçdiyiniz mövzuya hər birimiz — fizik ya psixoloq, bu gün nail

olduğumuz biliklər səviyyəsindən yanaşa bilər və beləliklə hərəmiz

bir tərəfdən yola çıxsaq da eyni bir nöqtədə görüşə bilərik. Amma

düzü, məsələnin qoyuluşu məni təəccübləndirdi: Bəşəriyyətin

müharibənin dəhşətli təhlükəsindən xilas olunması üçün nə etmək

lazımdır? İlk anda özümün (az qala deyəcəkdim hamımızın) bu

məsələdə səriştəsizliyimizdən qorxdum, axı müharibənin olub

olmamasını praktik cəhətdən dövlət xadimləri həll edir. Daha sonra

anladım ki, siz məsələni alim-fizik kimi yox, humanist dünyagörüşlü

insan kimi qoyursunuz. Onu da düşündüm ki, məndən konkret

təkliflər gözləmirlər, mən yalnız müharibənin qarşısını almaq

problemini psixoloq kimi dəyərləndirməliyəm.

Siz sözünüzə hüquq və hakimiyyətin münasibətindən başlayırsız.

Yəqin ki, bizim araşdırmamız üçün bu dəqiq başlanğıcdır. Amma

olarmı mən "hakimiyyət" sözünü daha sərt "güc" sözüylə əvəz edim.

Çünki bu gün bir-birinə qarşı duran Hüquq və Gücdür. Hüququn

gücdən yarandığını isbat etmək çətin deyil. Əgər bu işin qaynaqlarına

müraciət etsək, lap əvvəllərə getsək problemin mahiyyətini görərik.

Bağışlayın ki, indi mən hamıya məlum olan və hamının qəbul etdiyi

məsələlərdən danışacam. Belə görünməsin ki, nə isə təzə bir şey

deyirəm, amma toxunduğumuz mövzu bunları deməyi məcbur edir.

Prinsipial məsələ odur ki, insanlar arasında konfliktlər, maraqların

toqquşması Güc vasitəsiylə həll olunur. Bütün canlılar aləmində

461

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!