19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bir tikə çörəyin, loğmanın üstdə

İlin hər vaxtında, hər bir fəslində

Adını yazıram sənin — Azadlıq.

Ay düşmüş göllərin parıltısında

Çöllərdə, dağlarda, uzaq üfüqdə

Dənizdə, gəmidə, yelkənlər üstdə

Adını yazıram sənin — Azadlıq.

Sübh çağı oyanan cığırlarda da

Yollarda, yolların ayrıcında da

Şəhərin hay-küylü küçəsində də

Adını yazıram sənin —Azadlıq.

Hər yanan çıraqda, sönən çıraqda

Haçansa qaldığım köhnə evlərdə

Yağışlı, çiskinli pis havalarda

Adını yazıram sənin — Azadlıq.

Ağuşa aldığım gözəl bədəndə

Əziz dostlarımın sifətlərində

Əlimə uzanan bütün əllərdə

Adını yazıram sənin — Azadlıq.

Darmadağın olmuş viranələrdə

Uçuq mayakların əski yerində

Həsrətli, kədərli sal divarlarda

Adını yazıram sənin — Azadlıq.

Görüşə ümidsiz ayrılıqlarda

Tənhalığın acı saatlarında

Ölümə aparan pillələr üstdə

Adını yazıram sənin — Azadlıq.

Bir sözün gücüylə dönüb həyata

Səni tanımaqçün gəldim dünyaya

Ümidlər, arzular, anılar üstə

Adını yazıram sənin — Azadlıq.

555

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!