19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Nərimanov, Üzeyir Hacıbəyli da səhnəyə çıxıb aktyorları təbrik

edirlər, Mirzə Cəlil səhnəyə çıxanda alqış tufanı bütün salonu və

səhnəni bürüyür.

Səhnə arxasında Hüseyn Cavid Mirzə Cəlili təbik edir: —

“Ölülər”in hər təbəssümündə acı bir fəryad var, Mirzə — deyir. —

Sizdə Qoqol ruhu yaşar.

Gənc Kazımoğlu (Seyid Hüseyn) onlara yanaşır: — Cavid əfəndi,

qəzetimiz üçün tamaşa haqqında bir neçə söz söylərmisən?

Cavid:

—“Ölülər”də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var.

“Ölülər” sənətcə nəsə, məalca da odur.

Teatrın foyesində Seyid Hüseyn bir-bir tanınmış ziyalılara yanaşır

və onların dediklərini dəftərə yazır.

Seyid Hüseyn:

—Sultan Məcid əfəndi, Sizin fikriniz?

Sultan Məcid Qənizadə:

—Şeyx Nəsrullahın ölüləri diriltməsi yalansa da, “Ölülər”in ölü

fikirləri diriltməsinə şübhə ola bilməz.

—Nəcəf bəy, sizin fikriniz?

Nəcəf bəy Vəzirov:

—“Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış tam təsir

bəxş edən bir əsərdir.

—Doktor Nəriman?

Nəriman Nərimanov:

—Artıq dərəcədə məharətlə yazılmış, ideyası inqilabi bu drama

müsəlman həyatında böyük rollar oynayacaqdır.

—Üzeyir bəy...

Üzeyir Hacıbəyli:

—“Ölülər”, “Molla Nəsrəddin” kimi, baltanı dibindən vuran bir

pyesdir.

Mücərrəd məkanda qum saatından qumlar tökülür.

Ekranda yazı:

Avqust 1914.

Çərçivədə yazı:

KƏSSƏ HƏR KİM TÖKÜLƏN QAN İZİNİ,

QURTARAN DAHİ ODUR YER ÜZÜNÜ.

239

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!