19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ütün ruhunu, bütün incəliklərini əks etdirən bir Onegin, bir Tatyana

ola bilməz, daha zəif bir rus aktrisası bir Tatyananı daha az zəhmətlə

daha gözəl oynaya bilər.

Tamara:

—Bu on-on beş ildə bacardıq, yaratdıq, yenə Oqtay gəldi, biz

bacarmadıq. Gəlsin bir azəbaycanlı aktrisası oynasın, pojaluysta!

Çox deyərsən, heç oynamaram da.

Oqtay:

—Tamara, mən sərxoş da olsam, sözlərimi anlayıram.

Tamara:

—Pojaluysta! İndi ki, belədir, mən heç oynamıram (çıxıb gedir).

Tamaşaçıların səsləri:

Xalqı oynadırsınız! Başqası oynasın. Hamısı yalandır (qatışıq

səslər) məhkəməyə cəlb edilməlidir...

Oqtay:

—Səfil xalq, nə bağırırsan! Səndə sənətkar bir qadın yox,

varsansa yarat, yaratmırsansa sus, uzan öl!

(Bayaqdan bəri bir iztirab içində çırpınan Firəngiz çoşqun bir

hissin təsiri altında bağırır)

Firəngiz:

—Mən bu rolu oynaram! Mən bu rola hazıram. Bu saat oynaya

bilərəm!

Aslan:

—Firəngiz, sən haraya gedirsən?

Firəngiz:

—Mən artıq çocuq deyiləm. Artıq öz taleyimi özüm idarə edə

bilərəm. Gəldim! Artıq arxam uçurumdur, geri dönə bilmərəm,

çəkilin... Bu ananın doğma yavrusu mənəm, mən oynayacağam.

(Səhnədə gurultulu alqışlar tamaşa salonundakı alqışlara qarışır).

Səhnədən səslər:

—Yaşasın ilk qaranquş! Ura! Yaşasın azad Azərbaycan sənəti!

Ura! Yaşasın azad Azərbaycan qızı! Ura!

Tamaşa salonunda Hüseyn Cavid və Müşkinaz xanım əl çalırlar.

Əlili (səhnə kənarında Cəfərə):

—Cəfər, Allaha and olsun, hamıdan çox Cavid əfəndi əl çalırdı.

Cəfər məmnun gülümsəyir.

Ekranda yazı:

31 dekabr 1934

250

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!