19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

kənddə uşaq yoxdu?

Xudayar bəy şallağını havada yellədir.

—Ay camaat, qulaqlarınızı yaxşı açıb eşidin. Bir aydı mən bu

kəndin katdasıyam və hamı bilir ki, mən sidqi ürəklə əlahəzrət

padşahımıza və hökümətimizə can-başla xidmət edirəm. Mən

qoymanam desinlər ki, nəçənnik bu kənddə məktəb açmaq istədi,

amma siz Xudayar bəydən qorxmadınız, uşaqlarınızı gizlətdiniz. Bax

deyirəm sizə, bu saat uşaqlarınızı gətirin, yoxsa mən siznən bax bu

şallaqnan danışacam.

Şallağını qaldırıb kəndlilərin belinə endirir.

Həsənov:

—Nu zaçem je tak? Camaat, cümlə millətlər oxuyub savad almaq

istəyir, amma siz o qədər nevejestvennisiz ki, nə Uşinskini tanıyırsız,

nə Pestolotsini. İndiyə qədər qanmayıbsız ki, uçenie svet, neuçenie

tma.

Naçalnik:

—Vot, vot, soverşenno verno.

Həsənovun maarifçı çıxışları Xudayar bəyin şallaq səsləriylə

müşayiət olunur. Kişilər ağrıdan zarıyır, apvadlar vay-şivən qoparır,

Xudayar bəyin sifəti qəzəbdən əyilib.

Mirzə Cəlilin kadrarxası səsi:

—Bəli, balaca adam deyil bu Xudayar bəy. Əslinə qalsa əvvəllər

bəy-zad deyildi, katda Kərbəlayi İsmayılın ən yaxın əhbabı və əlaltısı

idi. Amma elə ki, Kərbəlayi İsmayıl rəhmətə getdi, Xudayar onun

yerinə katda oldu, əlinə bir şallaq alıb dedi ki, mən day Xudayar

deyiləm, Xudayar bəyəm. Kim ki ona bəy yox, eləcə Xudayar

deyirdi, salırdı qoduqluğa. Azı otuz-qırx adamı bu babətdən həbs

elədi. Amma insafən demək lazımdı ki, Xudayar köhnə dostu

Kərbəlayi İsmayılın ailəsini də başına buraxmadı. Elə ki, rəhmətliyi

basdırdılar, Xudayar bəy onun dul övrəti Zeynəbi almaq fikrinə

duşdu.

Zeynəbin evi. Zeynəb balaca qızını yatızdırır, ona laylay çalır və

ağlayır.

Qonşu Səkinə arvad gəlir.

—Nədi, yenə ağlayırsan, ay abadanın qızı, özünü üzərsən ki…

Ölənlə ölmək olmaz. Bir toxta görək.

—Ağlamayım, neyləyim ay Səkinə xala.

—Naşükür olma qızım, Allaha xoş getməz. Ölüm Allah əmridir.

143

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!