19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qəmləndirəm.

Cavid:

—Eyb etməz, Bizim elə bütün ömrümüz qəm-qüssə içində

keçmədimi? Oxu.

Müşfiq şeri oxuduğu zaman mənzilin qapısı döyülür, on iki-on üç

yaşlı Turan, əlində məktəb çantası dəhlizə girir. Ondan bir neçə yaş

böyük Ərtoğrul əlini ağzına qoyaraq otağa işarə edir və hər ikisi

ordan eşidilən şeri dinləməyə başlayırlar. Müşfiq şer oxuyur:

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Xəzan acısına edib təhəmmül ,

Gülün kölgəsində ötəndə bülbül,

— Həyat, həyat! — deyə çırpınır könül,

Könüldən, sevdadan necə əl çəkim?

Son misraları oxuyarkən Müşfiqin səsi titrəyir, böyük həyəcan

içində şeri bitirir.

Cavad:

—Möhkəm ol, Müşfiq — deyir — Taleyimizə nə yazılıbsa, onu

kişi kimi qarşılamalıyıq.

Cavid:

—Cavad, axı Müşfiqin vur-tut iyirmi səkkiz yaşı var,

Cavad durub otaqda gəzişərkən qapı ardında duran Ərtoğrulu

görür:

—Ərtoğrul, sən niyə burda durmusan?

—Şeri dinləyirdim.

Cavid:

—İçəri niyə gəlmədin, oğlum?

—Mane olmaq istəmədim.

Cavad:

—Yoxsa sən də şair olmaq istəyirsən?

266

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!