19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

MİXAİL ZOŞŞENKO

(1895-1958)

rus yazıçısı

"MAVİ KİTAB"dan

M.Qorkiyə

Əziz Aleksey Maksimoviç!

İki il bundan qabaq məktubunuzda mənə məsləhət görmüşdünüz

ki, insanlıq tarixi haqqında gülməli və satirik bir kitab yazım.

Təklif etdiyiniz mövzunu tam şəkildə qaldırmağa gücüm və

məharətim çatmazdı. Mən yalnız insan münasibətlərinin qısa tarixini

yaza bildim. İzn verin Aleksey Maksimoviç, mənim bu "Mavi

kitab"ımı sizə ithaf edim.

Sizi ürəkdən sevən Mixail Zoşşenko

Yanvar 1934 Leninqrad

Heç bir zaman şuxluğumuzdan qalmamışıq. On beş ildir ki,

bacardığımız qədər gülməli və əyləncəli əhvalatlar danışaraq

camaatımızı bir xeyli şənləndiririk. Yazılarımızda ancaq istədiklərini

görürlər, onları qayğılandıracaq ciddi və ibrətamiz bir şey görmürlər.

Biz də bundan xeyli məmnun oluruq. Bu gün də insanların

cürbəcür hərəkətləri və hissləri haqqında məzəli bir kitab yazmaq

qərarına gəldik. Amma indiki həyatımızdan söhbət açmaqdan əvvəl

keçmiş günlərdən bir para əhvalatlar danışmaq istədik.

Diletant və nadan kimi tarix səhifələrini vərəqlədikcə gördük ki,

ən qəribə işlər çox az səbəblərdən törəyir. Gördük ki, tarixdə ən

böyük rolu pul, məhəbbət, məkr, uğursuzluq və bir para başqa

səbəblər oynayıb. Elə irəlidə bu barədə danışacayıq.

Beləliklə birinci bölümə — Pullar bölümünə girişirik.

Tarixdən bu barədə bildiklərimizi bir-bir sadalayıb zəhlənizi

tökmək istəmirik. Önsuz da hər şey aydındır. Bircə onu deyək ki, pul

qamarlamaq həvəsi hörmətli bəşəriyyəti sarsıdan ən güclü

ehtiraslardandı. Və bu güclü ehtirası dövlət çox vədə öz xırda

məqsədləri üçün çox əla istifadə edə bilir. Məsələn dövlət canisini

tutmaq gərək olanda onun başına məzənnə qoyurlar. Tarixin az qala

hər səhifəsində bu ya digər kəlləyə qoyulan məzənnəni görürük.

477

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!