19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İblis — oynayır, amma qrim vasitəsilə tanınılmaz dərəcədə əvvəlki

müstəntiqdən fərqləndirilib. Əvvəlkinin başı keçəl idisə, bunun saçı

var, o, bığlı-saqqallı idisə, bunun üzü tüksüzdür. Birincidən fərqli

olaraq, bu, eynəklidir).

Müstəntiqin qarşısında Abbas Mirzə Şərifzadə oturub.

Müstəntiq:

—Sizin İran konsuluyla hansı gizli cinayətkar əlaqəniz olub?

Ondan hansı təlimatları almısınız?

Abbas Mirzə:

—Mənim İran konsuluyla heç bir gizli əlaqəm olmayıb, ondan

heç bir təlimat almamışam,

—Səmimi deyilsiniz, nahaq bizdən gizlədirsiz, biz hər şeyi bilirik.

Masanın üstündəki zəngi basır. Mühafizəçinin müşayiətiylə

aktyor daxil olur.

Müstəntiq (Abbas Mirzəyə):

—Bu adamı tanıyırsınızmı?

Abbas Mirzə:

—Tanıyıram, Bizim teatrın aktyorlarındandır.

Müstəntiq (aktyora):

—Bu adamı tanıyırsan?

—Əlbəttə, Abbas Mirzə Şərifzadədir.

—Onun İran konsuluyla əlaqələri haqqında nə deyə bilərsən?

—Abbas Mirzənin İran konsuluyla yaxın dostluq əlaqələri vardı,

tez-tez görüşürdülər.

Abbas Mirzə:

—Yalandır.

Müstəntiq:

—Şahidin sözlərini kəsməyin, Davam et.

Aktyor:

—1936-cı ilin dekabr ayında məndən xahiş elədi ki, Ruhulla

Axundovun (udqunur) ifşa olunmuş qəddar xalq düşməni Ruhulla

Axundovun “Rusca-türkcə” lüğətini tapıb İran səfirinə çatdırım.

Bunun müqabilində Abbas Mirzədən qiymətli hədiyyələr aldım.

Mənə başqa tapşırıqlar da verirdi.

Abbas Mirzə:

—Yalandır.

Müstəntiq:

—Sus. Yoxsa səninlə başqa cür danışaram, Bura sənin teatrın

236

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!