19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bu zaman başqa bir atlı çaparaq onlara çatdı:

—Muştuluq, Bəybura! — dedi. — Oğlun oldu.

...Çadırda təzəcə doğmuş ananın sifəti — Ayna Mələyin sifəti

yorğun və xoşbəxt idi. Onun yanına yerə sacayaq və bir teşt dolu gül

qoyulmuşdu. Qədim inanışa görə bunlar olanda qadın asan doğur.

Boğazca Fatma teştin üstünə təmiz parça saldı. Ayna Mələyin

yorğanına, paltarına iynələr sancdı — "hal anasından" qorumaq

üçün. Sonra Fatma şüşənin içinə soğan saldı, qapının ağzına apardı.

Ayna Mələyin başının altında bir parça çörək və ət gizlətdi. Üç

soğanı kabab çəkib boşqaba qoydu. Bəyburayla Bəybecan çapa-çapa

gəlirdilər ki, qarşılarına bir atlı çıxdı. Bəybecanı səsləyib: —

Muştuluq, Bəybecan, — dedi, — gözün aydın, qızın oldu.

Bəybura:

—Bəybecan, sözümüz sözdür ha, — dedi. Qızın oğlumun

beşikkəsmə nişanlısıdır. Bəyburanın qarşısında bir dəstə igid və üç

nəfər tacir dayanmışdı.

Bəybura əvvəlcə tacirlərə müraciət etdi: Tacirlər, — dedi, —

sözümü dinləyin. Tale mənə bir oğul verdi. Sizi dünya malından

qane edərəm. Tədarük görüb yola düzəlin, gecə-gündüz deməyin,

qara-qara dağlardan aşın, qanlı-qanlı sulardan keçin, böyük-böyük

şəhərlərdən ötün, yerin bir ucundan, o biri ucuna yetin, Rum elinə

çatın. Mənim oğlum boyüyüncə ona yaxşı-yaxşı ərməğanlar alıb

gətirin. Sonra Bəybura üzünü igidlərə tutdu:

—Siz də, igidlərim, Bəkilin yanına gedin. Deyin ki, Uca dağda

tonqal qalasın, bütün elimizə-obamıza xəbər eləsin. Hamı bilsin ki,

Bəyburanın arslan kimi bir oğlu olub. Qoy bütün ərənlər yığılsın,

oğlum üçün böyük şənlik düzəldirəm.

...Uca dağda tonqal alovlanırdı. Uzaq-uzaq dağların zirvələrində

də yeni-yeni tonqallar alışırdı.

Bəybura böyük şənlik düzəltmişdi. Qaval daş döyülürdü.

Taraqqalar çatladılırdı. Qırx yerdə ocaqlar odlanırdı, qırx yerdə aləlvan

xalçalar döşənmişdi. Səksən yerdə qızıl bardaqlar qoyulmuşdu,

qızıl badələr düzülmüşdü. Doxsan yerdə rəngbərəng çadırlar

qurulmuşdu — ağ çadırlar, qızılı çadırlar, qara çadırlar.

Bəybura arvadına deyirdi:

—Xanlar xanı Bayandırı qızılı çadıra ötürəcəm, oğlu yoxdur, qızı

63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!