19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dözməyib krana yaxınlaşır, barmağlarını isladıb dodaqlarına çəkmək

istəyir, amma bu zaman zəhmli bir səs eşidir, duruxur, geri çəkilir.

Zəhmli səs kənd mollasınındır. Molla:

—Cəhənnəmdə böyük bir ilan var, uzunluğu burdan göyə qədər.

Məhşər cünü o cəhənnəmdən çıxıb gələcək. Soruşacaqlar: sən kimi

axtarırsan. Cavab verəcək, mən o kəsləri axtarıram ki, müqəddəs

Ramazan ayında namaz ğılmır, oruc tutmur, dözməyib ağzına bircə

dənə də olsun darı qoyub ya dodaqlarını bircə damlayla isladıb.

Əhməd cəld yerinə, Cəlilin yanına qayıdır. Onlar da başqaları

kimi duanın sözlərini vird edirlər.

Kəndə axşam düşüb. Zəif şam şöləsiylə işıqlanmış pəncərələrin

biri Gəlilgilindir. Cəlilin valideynləri, özü , bir də dayısı Hacı namaz

qılırlar.

Hardansa bir pişik peyda olur. Rahat-rahat otaqda gəzişir,

xalçanın üstünə sərilmiş, üstünə yeməklər düzülmüş süfrəyə yanaşır.

İftar vaxtıdır. Namaz qılanlar pişiyin hərəkətlərini izləyir, ancaq onu

qova bilmirlər — namazı pozmaq olmaz. Hacı dua edə-edə ancaq

səsini qaldırır, amma pişik buna məhəl qoymur. Bu bir məzəli

mənzərədir və balaca Cəlili gülmək tutur, gülümsünür, amma dayısı

Hacının qəzəbli baxışlarını görüb özünü yığışdırır.

Balaca Əhməd kəndin qaranlıq küçələriylə qaçır, gəlib Cəlilgilə

çıxır.

Cəlilgilin ailəsi iftar açır.

Əhməd töyşüyə-töyşüyə Hacıya müraciət edir:

—Hacı əmi, dədəm məni sənin yanına göndərdi, naxoşdur,

yorğan-döşəkdədir, namazın qıla bilmir. Neyləsin?

Hacı:

—Nasazdı, yorğan-döşəkdədirsə elə yatdığı yerdə qılsın namazın.

—Axı heç tərpənməyə də taqəti yoxdur.

—İndiki heç taqəti yoxdur, onda qoy yatan yerdə dua eləsin və

gözləriylə namaz qılsın.

Əhmədin atası Məmmədhəsən əminin yoxsul daxması. 50 yaşlı

xəstə Məmmədhəsən əmi yorğan-döşəkdə taqətsiz uzanıb, dua

pıçıldayır və gözlərini o tərəf bu tərəfə hərləyir, guya bu tərzlə namaz

qılır.

Əhməd buna baxır və Cəlil kimi onu da gülmək tutur.

İşıqlı gün. Çinar kölgəsində Cəlil, Əhməd, onların tay-tuşları.

Cəlil dayısı Hacını yamsılayaraq dua oxuyur və guya ki, pişiyi

135

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!