19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Komissar:

—Əsgi musavatçı, millətçi, pantürkist, "Göy-göl" şeri...

Bağırov (onun sözünü kəsərək):

—Bilirəm, bilirəm... Mikayıl Müşfiq... O ki lap uşaqdır.

Komissar:

—Əhməd Cavadın güclü təsiri altındadır. Gözdən pərdə asmaq

üçün Stalin yoldaş haqqında poema yazıb, amma əslində o Cavaddan

da betər millətçi, türkçüdür... Gənclərə də pis, zərərli təsir edir. Çox

populyardır, bu isə onu daha da təhlükəli edir, çox beyinləri

zəhərləyə bilər.

Bağırov:

—Mənə siyasi savad dərsi demə.

Komissar:

—Üzr istəyirəm, yoldaş Bağırov, mən demək istəyirdim ki...

Bağırov kəskin şəkildə onun sözünü kəsir:

—Nə demək istədiyin məni maraqlandırmır (qarşısındakı vərəqə

baxır) Hüseyn Cavid... Daha kim qaldı?

Komissar:

—Yoldaş Bağırov, moskvalı yoldaşlar bizi günahlandırır ki,

yazıçılar arasında xalq düşmələrini ifşa etməkdə ləng tərpənirik.

Bağırov:

—Cavidin neçə yaşı var?

—Əlli beş.

Bağırov:

—Əlli beş — deyə təkrar edir, yerindən durub otaqda var-gəl

etməyə başlayır. Komissar farağat dayanıb.

Bir qıraqda qoyulmuş radio cihazdan bayaqdan bəri yavaşcadan

musiqi sədaları eşidilirdi. Birdən yeni bir musiqi parçası-muğam

Bağırovun diqqətini çəkir, yanaşıb radionun səsini artırır. Xanəndə

muğam üstündə qəzəl oxuyur. Bağırov bir müddət qulaq asandan

sonra komissardan soruşur:

—Heç bilirsən bu kimin sözləridir?

—Xeyir, yoldaş Bağırov.

—Cavid haqqında sənəd gətirmisən, qol çəkim, elə bu vaxt

radiodan onun sözlərini oxuyurlar.

Komissar cəld dəftərini çıxardır, divardakı saata baxıb nə isə qeyd

edə-edə:

—Çox üzr istəyirəm, yoldaş Bağırov, teatrlara tapşırıq vermişik,

271

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!