19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Məgər Mahmud Qaşqarinin XI əsrdə yazılmış lüğəti pantürkist

əsərdi? Ümimiyyətlə, lüğət-lüğətdir, lüğətin siyasətə nə dəxli var?

Müstəntiq:

—Nə dəxli olduğunu bu saat sənə izah edərlər (işarə edir, yenə

döyməyə başlayırlar).

Müstəntiq:

—Hə, necəsən, cənab maarif naziri? (boksçulara) yaxşı, bəsdir.

(Pənaha) Sizin bu pantürkist fəaliyyətiniz barədə ev qonşunuz

Hüseyn Cavidlə nə kimi söhbətlər etmisiniz?

Pənah (güclə danışır):

—Bu barədə heç bir söhbətimiz olmayıb, Cavid bir dahidir.

Amandır, onadamı belə işgəncə verirsiz? Tarix bunu sizə bağışlamaz.

Müstəntiq:

—Biz heç kəsə işgəncə vermirik, özlərini qeyri-səmimi aparanları

səmimi olmağa məcbur edirik. O ki qaldı sizin dahiniz Cavidə...

vaxtı gələndə onu da lazım olan kimi danışdıracayıq. Heç biriniz

əlimizdən qurtulub burdan çıxa bilməyəcəksiniz, düşmən

fəaliyyətinizi davam edə bilməyəcəksiniz.

Pənah (dodaqaltı):

—Təsəllilərin ən gözəli ölümdür.

Müstəntiq:

—Nə?

Pənah:

—Cavid əfəndinin sözləri yadıma düşdü.

Müstəntiq (katibə):

—Bu sözləri protokola qeyd et.

Cavidin mənzili. Qapı döyülür. Müşkinaz xanım açır. Əvvəlki

epizodlardan bizə tanış olan teatr müdiri içəri girir.

Müşkinaz:

—Bıy, xoş gəlmisiniz, nə əcəb sizdən? Teatrda nə var, nə yox,

Cavidin əsərlərini yəqin ki, çıxartmısınız səhnədən.

Müdir:

—Xəbərim yoxdur, mən qarışmam, mən indi kinofabrikanın

müdiriyəm.

Müşkinaz:

—Keçin, əyləşin.

Müdir oturur, ətrafa göz gəzdirir. Hiss olunur ki, nə isə demək

istəyir, amma ürək eləmir.

276

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!