19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

hələ iki ilin var. Daha doğrusu, bir il 9 ay. Yaxud 21 ay, 21 ay neçə

gündür? Neçə belə gün? Deməli, yanvar otuz bir, fevral gələn il 29-

dandır, mart... Bəsdir Səftər, sənin lap başın xarab olub. Neynirsən

bu mənasız hesablamalarla beynini yorub. Bəsdir. Yaxşı, deməli,

balans 3719 manat, əskiyi... Əşi, çəhənnəm olsun balans da, əskiyi

də. Saat 3-dür. Dördə beş dəqiqə işləyib. İş günu qurtardı. Bu gün

şənbədir. Sabah bazar. Bazar ertəsinə qədər bütün balansı, planı,

prixodu, rasxodu, bütün rəqəmləri unut. Unut ki, mühasibsən.

Bazar ertəsi səhər saat 9-da yenə başlayarsan mühasibliyə. İndi

bəsdir. Bir dənə rəqəm yadına salma. Yaxşı, oldu. Elə bil beynimə

qalaq-qalaq rəqəm yığıblar, rəqəmlər başımda elə bil tillə vurub. At

hamısını. Adamlara, küçəyə bax.

Adamlı, maşınlı, səs-küylü, hərəkətli küçə. Adamlar qəzet kiosku

qarşısında dayanıblar, su içir, papiros alır, trolleybus gözləyirlər.

Səftər dayı küçəni keçib gündə nahara gəldiyi balaca darısqal

yeməkxanaya girir. Hər gün oturduğu güncdəki stolun arxasına keçir.

Görünür masanın dalından indicə durmuşdular: üstü kiminsə artıqları

ilə dolu idi. Bulaşıq boşqabdakı kotletin qalıqlarına papiros götükləri

basılmışdı. Süfrəyə pivə dağılmışdı.

Səftər dayı mexaniki bir hərəkətlə cığara kağızında çap olunmuş

yeməklərin siyahısını götürdü.

Dərhal da kənara qoydu; nə yeyəcəyini də bilirdi, yeməklərin

qiymətlərini də. Borş, kotlet, kompot, bir şüşə "İstisu". Borş 35

qəpik, kotlet vermişel ilə 42 qəpik, on beş qəpik kompot, iyirmi

qəpik "İstisu", on qəpik çörək. Cəmisi bir manat otuz qəpik, beş on

qəpik az, ya beş on qəpik çox, deməli, ayda...

Öz—özünə:

—"Səftər, — dedi, — yenə rəqəmlər? Bəsdir kişi, at bu rəqəmləri

beynindən".

Kimsə musiqi avtomatına pul atdı-mahnı səslənməyə başladı.

Xidmətçi gəlib masanın üstünü yığışdırdı. Süfrəni çırpdı. Çevirib

o biri üzünü saldı. Bu üzü də ləkəli idi. Amma bu ləkələr qalıb

qartımış ləkələr idi, hopub solmuşdular, o biri üzdəki kimi təzə

deyildi.

Səftər dayı sifarişini elədi. İncəvara tez gətirdilər.

Kadrarxası səsi: "Borş dadlıdır. Bir az duzu çatmır. Ya bəlkə mən

şor yeyənəm. Əlbəttə, Minanın yeməklərinə çatmaz, amma hər

halda".

291

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!