19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Əsəd:

—Uçtel bizim də atımız var.

Həsənov:

—Aman Allah. .

Kərbəlayi Oruc:

—Əsəd, oğul, yəqin bu yazıq uçtel ömründə at görməyib. Get,

atımızı gətir bura, görsün başı hardadır, qulağı harda…

Həsənov:

—Kərbəlayi, axırıncı dəfə səndən xahiş edirəm, dərsə mane olma.

Əsəd durub qapıya tərəf gedir. Həsənov:

—Hara gedirsən Əsəd, dərsimiz qurtamayıb.

Əsəd:

—Gedim atımızı gətirim.

Hamı gülüşür. Həsənov:

—Məni ələ salmısınız? Keç bucaqda dayan.

Əsədi üzü divara küncə qoyur. Kəndlilər başlarını bulayır.

Uşaqlardan biri — Mustafa durub qapıya tərəf gedir.

Həsənov:

—Sən hara belə?

Mustafa:

—Uçtel, yaman acmışam, gedib yeyim, gəlirəm. — Cavab

gözləmədən qapıdan çıxır. Həsənov ardınca qışqırır:

—Mustafa, Mustafa! Qayıt! Belə iş olar? Siz nevejestvennı

adamlarsız. Gərək siz müəlliminizə, yəni mənə hörmət edəsiz. İznsiz

sinifdən çıxmayasız, danışmayasız. Hamınız bilməlisiz ki,

müəllimlik çox çətin peşədi. (Xəyalpərvər bir ədayla davam edir)

Yadımdadı, biz seminariyanı bitirəndə, qubernator gəlib bizimlə

vidalaşdı. Elə yaxşı sözlər dedi ki. Dedi özü, yəni o, qübernator

cənabları bizə həsəd çəkir. Çünki siz, dedi, Qafqazın ən uzaq

kəndlərinə gedib uşaqlara savad, bilik verəcəksiz. Heyf ki, mən, yəni

qubernator, sizin yerinizdə deyiləm. Bütün rütbələrimi, ad-sanımı,

vəzifəmi verərdim, təki sizin kimi kəndlərdə uşaqlara bilik öyrədim.

Kəndlilər və uşaqlar bir şey anlamadan dinləyirlər.

Mustafa hövlnak qayıdır:

—Uçtel, Əsədin nənəsi böyük bir çomaq alıb əlinə, bura gəlir.

Bilirsən nə böyük çomaqdı…

Sözünü qurtarmamış Səkinə arvad, əlində iri bir çomaq sinfə daxil

olur.

150

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!