19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İri planla sobada yanan kağızlar və atəşin içindən həmin daşnak

zabitin İblis qiyafəsində sifəti görünür, qəh-qəhələri eşidilir.

Əsgərlər tüfəng qundaqlarıyla Cavidi itələyirlər.

Cavid:

— Dığa, məni öldürəcəksən, elə burda öldür.

Əsgərlər hər iki tərəfdən onun qolundan tutub otaqdan çıxarırlar.

Əsgərlər mehmanxananın o biri otaqlarından Azəri türklərini

küçəyə çıxarırlar.

Getmək istəməyib müqavimət göstərənləri elə burdaca atəşə tutub

öldürürlər.

60-a qədər adam silahlı daşnak əsgərlərinin müşayiətiylə Bakı

küçələriylə addımlayır. Hansı döngədəsə bir neçə adam qaçmaq

istəyir, dərhal onları gülləbaran edib yerə sərirlər.

Adamlar addımladıqca ara-sıra güllə səsləri eşidilir və yerə

sərilənləri görürük. Dəstə xeyli seyrəlib, yalnız beş-altı adam yolunu

davam edir. Onların arasında Cavid də var. Ağır-ağır, fikirli-fikirli

addımladıqca Cavidin xəyalında İblisdən səhnə canlanır:

Səhnədə Elxan, papas, növbətçi.

Elxan:

—Bu həriflər əcəba kim? Söylə!

Növbətçi:

—Bu papas ermənidir, vəqtilə

Ermənistana daşırmış qurşun,

Həm də İncil deyə!..

Elxan (istehzalı qəhqəhə ilə əlini onun omuzuna qoyaraq):

Ya!.. Eşq olsun,

Nerədən aldın o hissiyyatı,

Verdi İncilmi bu təlimatı?

Papas (xaç çəkərək):

Ah, suçum varsa da, əfv eylə məni.

Elxan:

Bəklə, dur, şimdi bulur haqq yerini.

Dəstədə indi yalnız iki-üç adam qalıb – o cümlədən Cavid.

Mailov (indiki opera) teatrının yanına gəlib içəri girirlər.

Qum saatı.

Ekranda yazı.

Oktyabr 1918

Abdulla Şaiq küçəylə gedir. Bir gənc oğlan həyəcanla ona

243

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!