19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Rzayev familiyasını daşıyıram. Atamın arzusu idi ki, mən əsl

familiyamızı — Məmmədxanlı familiyasını götürüm. Müyəssər

olmadı. Çünki üzv olduğum bütün ittifaqlar, təşkilatlarda bu

familiyayla gedirəm. Nə isə, uzun məsələdir. Amma indi nəvəm

olub. Atası, anası, yəni oğlum Tural, onun xanımı Sevinc uşağın

adını Rəsul qoyublar. Mən arzu edərdim ki, onun familiyası

Məmmədxanlı olsun. Bizim bu qədim familiyanı, şərəfli familyanı

davam etdirən olsun. Atamın 34-cü ildə yazdığı bir şeri var.

"Sümüklər" adlı şer. O vaxtkı dildə — 34-cü ildə çıxanda "Kəmiklər"

adı ilə çıxıb. İndi biz sümüklər deyirik. Bu şerdə misralar var ki,

sümüklər bəndləndi, sümüklər kəməndləndi, sümüklər qoymadı irəli,

hara getdimsə ağzımdan vurdular ki, sən xan nəvəsisən, hara

getdimsə babalarımla məni ittiham elədilər və orada belə bir misralar

da var ki, "xan nəvəsi ola-ola, ərizə verəsən komsomola", yəni bu

təzyiqi atam ömrü boyu duyub, onun o ulu babası kiçik bir feodal

olduğuna baxmayaraq onun zabitəsi, adının vahiməsi bizim dövrə

qədər gəlib çatıb.

Bilmirəm bəlkə qəribə gələ bilər, hətta qeyri-təvazökar gələ bilər

ki, mən bu qədər babalarımdan danışıram. Amma məsələ onların

şəxsiyyətində deyil, mən başa düşürəm ki, onların nöqsanları da

olub, naqis cəhətləri də olub. Bunlar hamısı öz yerində. Amma

onlardan danışıramsa varislik nöqteyi-nəzərindən yox.

Bir yazıçı kimi marağım onunla əlaqədardır ki, mən onların

simasında Azərbaycan tarixinin müxtəlif mərhələlərində iştirak etmiş

adamları görürəm. XIX əsrdə Azərbaycanın Rusiyaya qatılması, XX

əsrin əvvəllərində maarifçilik hərəkatı, 1918-ci ilin hadisələri, 20-ci

ilin hadisələri — mən onların taleyində bütün bunların izlərini

görürəm və ona görə də onların şəxsiyyətinə məndə bu qədər maraq

var. Bayaq dedim ki, ata babam Gəncəyə Ələkbər bəylə

məsləhətləşməyə gedirmiş. İndi biz də qismət olsa Gəncəyə getsək,

orada ana tərəfdən nəslimiz haqqında, Rəfibəylilər nəsli haqqında

danışaram.

Gəncədə Ələkbər bəyin bir oğlu varmış — mənim babam

Xudadat bəy Rəfibəyli. Avropada — Rusiyada təhsil alan ilk

azərbaycanlı həkimlərdən biridir — Xarkov Tibb institutunu

qurtarıb, 1903-cü ildə Gəncəyə qayıdıb. Cərrah-xirurq kimi. Və

ömrünün sonuna qədər, yəni 20-ci ilə qədər cərrahlıq fəaliyyətini

davam etdirib, heç bir partiya, heç bir firqəyə daxil deyilmiş, amma

352

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!