19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ir xal, bir işarə var…

Dəfələrlə demişəm, bir də təkrar edim! Bizim nəslin yeniyetməlik

çağı 56-cı ildə qurtardı, — XX qurultay, Macarıstan hadisələri,

gəncliyimiz 68-ci ilin avqustunda Sovet tankları və 5 ölkənin qoşunları

Çexoslovakiya, Praqaya girib "Praqa baharının" oyatdığı hərəkatı

yatırdığı zaman qurtardı. Və bu çətin ildə 1989-cu ildə mən və mənim

nəslimdən çox adamların sevincləri varsa, bu sevinclər onunla bağlıdır

ki, biz həmin hadisələrin təkzibini, yenidən qiymətləndirilməsini gördük.

Və onu deyim ki, bu hadisələr müəyyən dərəcədə Azərbaycanla da

bağlıdır. Çünki bu model ki, Əfqanıstanda, ondan qabaq

Çexoslovakiyada, ondan qabaq Macarıstanda həyata keçirildi, yəni bu

model ondan ibarətdir ki, həmin ölkələrin xaricində bir hökumət təşkil

olunur, bu hökumət başqa ölkənin qoşunlarını ölkəyə dəvət edir…

Qoşunlar daxil olur və bu hökumət iş başına gəlir. Bu model ilk dəfə

Zaqafqaziya respublikalarında, ilk dəfə də Azərbaycanda tətbiq edilib…

Müharibə vaxtı Krım tatarları sürgün olunduğu kimi Stalin —

Beriya — Mikoyan dəstəsinin azərbaycanlıları da sürgün eləmək

fikri vardı. Və bu fikrin həyata keçməməsi bizim bu gün sizinlə öz

vətənimizdə, öz dilimizdə danışmağımız deməkdir. Bu fikir həyata

keçsəydi — harda olacaydıq, ümumiyyətlə olacaymıydıq — məlum

deyil… Diktatorlara bəzən bəraət qazandırırlar ki, onların vaxtında

nə isə tikilib, nə isə qurulub, nə isə maddi abidələr yaranıb. Amma

heç kəs onu hesablamır ki, bu maddi yaranmışlarnan bərabər, nə

qədər mənəvi itkilər olub, nə qədər insanlar mütiyə çevrilib, nə qədər

insanlar kölə psixologiyasına alışıblar, nə qədər insanların

mənəviyyatı, mənliyi tapdanıb. Və bu elə bir hissdir ki, yəni bu

mənəviyyatın, ləyaqətin tapdanması elə bir hissdir ki, bu genetik

keçir, yəni mənəviyyatı tapdalanan nəsildə də hələ bu qorxu yaşayır,

hələ bu vahimə yaşayır, bu totalitarizmin acı təzyiqi nəsildən-nəslə

keçərək insanları mütiləşdirir, insanların qol-qanadını qırır,

insanların şüurunu, fantaziyasını pərçim eləyir, sıxır, əzir. "Yaxşı

padşahın nağılı"nda da məhz vaxtilə belə bir totalitarizmin

nümunəsini göstərmək istəyirdik. Bu "yaxşı padşah", bu sözdə

əlbəttə, bir ironiya var, bu "yaxşı padşah" axmaq da deyil, bəlkə

əzazil də görünmür, bəlkə hətta simpatiya da doğura bilir və nəhayət,

onun bir cəhəti də var ki, tənhadır, çünki diktatorlar özləri heç bir

vaxt xoşbəxt olmurlar, insanlardan qorxurlar, insanlardan

şübhələnirlər, insanlara inanmırlar və ona görə də bədbəxtliyi

369

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!