19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

meynələri elə bil qızmar günəşdən çəkinə-çəkinə torpağa qısılıblar.

Meynələrin yarpaqlarıda bozumtul kül rəngindədir.

Bir mərtəbəli evlər, kələ-kötür nahamvar daşlardan quraşdırılmış

alçaq hasarlar.

Hasarların ensiz kölgəsində "küçənin" hər iki tərəfində daşlara

söykənib oturmuş adamlar. Bardaş qurmuş, çömbəlib oturmuş, yarı

uzanmış kişilər papaqlarını lap gözlərinin üstünə basıblar.

Hərəkətsizdirlər. Danışmırlar. Bilinmir, oyaqdırlar, ya mürgü

vururlar.

Hər şey, hər yan, hamı — yol da, hasarlar da, evlər də, meyvələr

də, adamların geyimi də, torpaq da və hətta səma da vahid rəng

qammasındadır — əhəng rəngli və bozumtul kül rəngli papaqları

olan rəng qammasında. Bu qammaya kontrast təşkil edərək, dal

planda qara çarşablara bürünmüş iki qadın keçir.

Ekran tam bir sükuta, səssizliyə qərq olub. Bu səssizlikdə kamera

ağır-ağır kəndi seyr edir (panorama) — küçələr, adamların üzləri

hərəkətsiz, bürkülü, yarımyuxulu bir aləm.

Sonra uzaqdan gələn bir səsi eşitməyə başlayırıq. Bu səs araba

cırıltısıdır. Səs get-gedə artır və nəhayət, kənd yolunun lap

başlanğıcında, uzaq dal planda, kadra araba daxil olur.

Araba yaxınlaşır. İndi biz arabanı da görmürük. Bu qoca kişinin

üzü qırış-qırışdır, ağ saqqalı, qara papağı var. Vaxtaşırı tatarını

qaldırıb eşşəyi vurur.

—He… he… hoşşa, hoşşa.

Arabanın içində on dənə nazik, körpə alma günəşibi (qələməsi)

var. Arabanın təkərləri toz-palçıq içindədir. Qoca yorğun və əzgindir,

eşşək də lap əldən düşüb, arabanı güclə çəkir. Belə görünür ki, uzaq

səfərdən gəlirlər.

Araba kəndə daxil olur, kəndin əsas küçəsilə keçir. Divar

kölgələrində mürgü vuran qocalar, kişilər tənbəl-tənbəl başlarını

qaldırır, biganə nəzərlərlə qocaya baxır, onu tanıdıqda laqeyd

salamlaşırlar.

Araba yanlarından keçəndən sonra kişilər yenə papaqlarını gözlərinin

üstünə basıb əvvəlki vəziyyətlərini alırlar.

Tin başında iki kişi. Biri daşın üstünə çömbəlib, təsbeh çevirir.

İkincisi qəlyan çəkir. Təsbehli kişi arabadakı qocaya müraciətlə:

—Xoş gördük, Kərim. Deyəsən səfərin uzaq olub?

Kərim baba ona baxır, sonra yavaş-yavaş başını çevirir və üfüqə

4

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!