19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(Pauza). Mən nə isə Bakıya alışmışam. Ancaq həkim burda da

lazımdır da… (Pauza) Necə bilirsən, bəlkə mən razı olum, qalım

burada işləyim.

Kamil: Nə deyim, vallah… hər halda özün necə istəyirsən elə et..

Əlbəttə, bura Bakı deyil, amma…

Açıq dənizdə kəşfiyyat buruğu. Dənizi buruğun metal haçaları

arasından görürük.

Kamil və dörd fəhlə buruqdadırlar.

Kater buruğa yaxınlaşır. Katerdə ikinci növbənin işçiləri gəlir.

İkinci mühəndis (katerdən): Bir şey var?

Kamil yorğun-yorğun başını bulayır.

Növbə dəyişir, Kamil katerə atılır. Kater sahilə tərəf üzür.

Əlinin evi, Kamil çarpayıda uzanıb papiros çəkir.

Gülsüm: Uşaq lap üzülüb.

Əli dinmir.

Gülsüm: Əli, dilim-ağzım qurusun, elə bil uşağa cadu eləyiblər.

Elə bil bu buruq zəhrimardan başqa heç nə görmür, heç nə eşitmir.

Əli: Babasına çəkib. Babası rəhmətlik yadında deyil.

İşə uyanda dünyayi-aləm gözündə olmazdı.

Gülsüm: Solmazı da ki, deyəsən heç görmür.

Əli: Min kərə demişəm sənə, o məsələni birdəfəlik başından

çıxar. Tutan iş deyil. Uşaqlıqdan bacı-qardaş kimi böyüyüblər. Ona

bacı gözüynən baxıb. İndi onu ala bilər?

Gülsüm: Bəs axı qız yazıq necə olsun? Görmürsən şama dönüb.

Kamil otaqdan çıxır, Gülsüm dərhal susur.

…Axşamdır. Kamil, Solmaz, Əli və Gülsüm eyvandadırlar.

Gülsüm: Axır ki, hamımız bir yerə yığıldıq…

Kamil (yorğun): Dədə, sənin işlərin necədir? Dənizdə bir şey

tapırsan?

Əli: Dəniz daha mənim deyil ay bala. İndi sizindi o. Buruqları

düzmüsüz yan-yana, balıq hardan qalacaq? Hamısı başını götürüb

qaçıb uzağa. (Pauza) Əjdər kişiynən danışmışam, qayığımı satıram.

Gülsüm: Yəni lap axır sözündür?

Əli: Bəli. Daha neynirəm o qayığı? Goruma aparmayacağam ki?

Dənizdən də bir şey çıxmır (Kamilə tərəf işarə edir). İndi də neftin

dövranıdır. Çöl-biyaban bəs eləmədi. Deyir indi dənizin dibindən də

gərək nöyüt çıxardaq.

Kamil: Bəli tapacayıq da, çıxardacağıq da. (Əliylə ətrafı

29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!