19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

...Sərin-sərin dan yelləri əsəndə, koksü gözəl qaba dağlara gün

dəyəndə Beyrək yerindən erkən durmuşdu. Boz ayğırına minmişdi,

ova çıxmışdı. Nagahandan Beyrəyin qarşısına bir sürü ceyran çıxdı.

Ceyranlar qaçışdılar, Beyrək onları qova-qova gəlib Qız Bənövşə

yaylasına çıxdı. Baxdı gordü bura bir yerdir, gül-gülü çağırır, çiçəkçiçəyi

çağırır. Qu quşları, durnalar, turaclar, kəkliklər uçurlar.

Soyuq-soyuq sular, çiçəklər, çəmənlər... Baxdı gördü ki, bu gözəl

yerdə, göy otların üzərində bir ğırmızı çadır tikilib.

Beyrək:

Yarəb, bu çadır kimin ola? — dedi. Xəbəri yox idi ki, bu çadır

alaçağı ala gozlü qızın çadırıdır. Beyrək bunu bilmədi, amma ovunu

qovub lap çadırın önünə gəldi, ceyranı oxladı. Banıçiçək çadırdan

bunu gördü. Dayəsi Qısırça Yengəyə: — — Dayə, — dedi, — bu

igid bizə ərlikmi göstərir. Gedin bundan pay diləyin, görün nə deyir.

Qısırca Yengə çadırdan çıxıb Beyrəyi salamladı:

—Hey igid, — dedi, — bu ceyrandan bizə də pay ver.

Beyrək dedi:

—Dadı, mən ovçu deyiləm. Ceyranın hamısı sizə qurbandır.

Gotür. Amma sormaq eyib olmasın, bu çadır kimindir?

Qısırca Yengə dedi:

—İgid, Bəybecan qızı Banıçiçəyindir.

Beyrəyin qanı qaynadı, ədəblə geri döndu. Qısırça Yengə

ceyranı Banıçiçəyin önunə gətirdi. Banıçiçək dedi:

—Dayə, bu igid nə igiddir?

Qısırca Yengə dedi:

—Sultanım, bu igid boz ayğırlı yaxşı igiddir.

Banıçiçək dedi:

—Hey, hey dayə! Atam rəhmətlik mənə mən səni Boz ayğırlı

Beyrəyə vermişəm — deyərdi. Olmaya ki, bu ola? Çağır gəlsin,

xəbərləşək. Qısırca Yengə çağırdı. Beyrək gəldi. Banıçiçək

yaşmaqlandı, xəbər soruşdu:

—İgid, gəlişin hardan?

—Boyat obasından.

—Boyat obasında kimin nəyisən?

—Bəyburanın oğlu Bamsı Beyrək dedikləri mənəm.

—Nə məsləhətə, nəyə gəldin, igid? — Bəybecanın bir qızı

varmış, onu görməyə gəldim.

74

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!