19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Yalnız mədəniyyyət, mədəniyyət, mədəniyyət — (qovluğu bir

qırağa qoyur) — nu, i tak dalee... Buna nə deyirsiz?

—Nə deyəcəm. Bəli, mən yazmışam və indi də düşünürəm ki,

mədəniyyət qılıncdan güclüdür.

—Sözü dəyişməyin. Heç utanmırsız? Şura hökumətinin çörəyini

yeyib, Türkiyəni təbliğ edirsiz.

—Mən heç kəsin çörəyini yemirəm, Ancaq, bax bu əllərimlə

qazandığım çörəyi yeyirəm, Mən çernoraboçi də olmuşam, hanbal da

işləyə bilərəm, fəqət heç vaxt mənliyimi satmaq, əsir olmaq istəməm.

Müstəntiq (istehzayla):

—Ona hələ baxarıq. (Yenidən qovluğu vərəqləyir, sonra oxuyur):

—“İnsan adını daşıyan ikiayaqlı həşarat pək qaba və pək səfil bir

şey.. İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə

tapınırlar. Bən məğrurluğu əzmək üçün yaradılmış bir Allah

bəlasiyam, tökdüyüm qanlar da yalnız həqq və ədalət naminədir”.

Cavid başını qaldırıb Stalinin şəklinə baxır, Müstəntiq də qeyriixtiyarı

şəklə baxır, amma cəld baxışlarını qaçıraraq oxumağa davam

edir: “Allah bir olduğu kibi padşah da bir olmalı”. Bu sözlər kimə

aiddir?

Cavid:

—Təbii ki, Topal Teymura. Başqa kimə aid ola bilər ki...

Müstəntiq (öskürür):

—Əlbəttə, aydındır... Abbas Mirzə Şərifzadəylə hansı kontrrevalyusyon

əlaqələriniz olub?

—Abbas Mirzə mənim əsərlərimdə baş rollarda çıxış edib, O

sadə, çox sadə bir insandır, fəqət o sadəlikdə bir böyüklük var ki, onu

hər adam başa düşməz. Onun istedadı yalnız sənət üfüqlərində parlar.

Sənətkarın böyüklüyü yaşadığı mühitin mədəniyyəti ilə ölçülür,

Abbas daha böyük mühitdə yaşasaydı, daha zəngin qüdrətlərə, daha

parlaq şöhrətə malik olardı, Ona dərin və səmimi hörmət bəslərəm.

—Bu sözlərlə siz özünüz özünüzü ifşa etdiniz. Deməli, sovet

mühiti sizə də, Abbas Mirzələrə də darlıq edir. Onunçün da siz

osmanlılara arxalanır, dilinizdə oranın şairlərini təqlid edirsiniz,

tematikanızı da Azərbaycandan yox, ordan alırsınız. O ki, qaldı

Abbas Mirzə... (rəsmi tonla) Abbas Mirzə Şərifzadə alçaq İran

cəsusu, vətən xaini və xalq düşməni kimi həbs edilib (Cavid əlləriylə

üzünü qapayır). Bəli, sizin cinayətkar fəaliyyətinizin bu həlqəsi də

qırılıb. İndi deyin görək, İran kəşfiyyatı Abbas Mirzənin vasitəsilə

234

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!