19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Uzaqdan Cəlil onun hərəkətlərini izləyir.

Mirzə Cəlilin Bakıdakı mənzili. Mirzə Gəlil çarpayıda uzanıb,

gözləri qapalıdır. Kadrarxası səsi eşidilir:

"16-cı ildə Bakıda "Ölülər" pyesimi tamaşaya qoyanda Mirzağa

Əliyev Kefli İskəndəru oynayırdı. Demə Naxçıvana gedibmiş. Kimsə

ona deyib ki, orda İskəndərin real prototipi var. Bunu eşidəndə

dedim: Mirzağa, bu əlbəttə, sənin öz işindir, amma mənim Kefli

İskəndərimin heç bir real prototipi yoxdur. Uşaqlığımda da, sonralar

da mən bu cür İskəndərləri çox görmüşəm. Rusiyada ya Avropada

təhsil alıb vətənlərinə qayıdırdılar, bu mühitdə boğulurdular,

təklikdən, gücsüzlükdən, dərddən içkiyə qurşanırdılar. Onlara bəzən

dəli kimi baxırdılar. Doğrudan da bəzən çox qəribə hərəkətlər

edirdilər.

Həmin kənd məscidi — toplaşanlar mollanın ərəbcə oxuduğu

moizəsini dinləyib ağlaşırlar, başlarını bulayır, dizlərinə döyürlər.

Birdən molla xoruz buraxır, moizəsinə ara verib içəri keçir, yumurta

sındırıb içir. Cəlillə Əhməd bunu görüb bir-birinə göz vururlar.

Fürsətdən istifadə edən İskəndər mollanın yerinə qalxır və fransızca

şer oxumağa başlayır.

Toplaşanlar mat-mat ona baxır. İskəndər fransızca şerini bitirib

camaata müraciət edir:

—Ə, bə niyə ağlamırsız? Soruşuram niyə ağlamırsız?

Kəndlilərdən biri:

—Axı biz qanmadıq sən nə deyirsən.

İskəndər:

—Bə molla ərəbcə dediklərini qanırdız? Niyə onda ağlayırdız,

indi ağlamırsız?

Molla tələsik özünü yetirir:

—Rədd ol kafir oğlu kafir — deyir. — Ay camaat, bu haramzadə

Allahın evinə şərab şürb eləyib gəlib. Siz necə müsəlmansınız, buna

necə dözürsüz?Vurun bu mürtədi!

Camaat İskəndərə hücum edir, onu daşa basır.

Döyülmüş, baş-gözü yarılmış İskəndər qan içində qaçıb kənddən

çıxır.

Zeynəb bu səhnəni pəncərədən seyr edir.

Yaralı İskənlər meşədəki həsir daxmasında yerə sərilib.

Zeynəb ehtiyatla ora-bura boylanıb Cəlillə Əhmədi çağırır, onlara

kiçik bir bağlama verir.

138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!