19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Gerçəkdən də başqa dinlərdən fərqli olaraq İslam iddia edir ki,

həqiqət — öz inkişafında muəyyən mərhələyə çatmış hər bir insana

açıla bilər.

Cəlaləddin Rumi yazırdı:

"Mən xaçı gördüm və xaçpərəstlərin araşında oldum. O, (Həqq

nəzərdə tutulur — tərcüməçi) çarmıxda yox idi. Mən induistlərin və

buddaçıların məbədlərində oldum, ordada ONUN izini bulmadım.

Herata və Qəndəhərə çatdım. Axtardım. Nə yuxarıda, nə aşağıda O,

yox idi. Qaf dağına qədər getdim. Orda yalnız Ənqa quşunu gördüm.

Kəbəyə getdim, orda da yox idi. ONUN barəsində İbn Sinadan xəbər

aldım, amma O, İbn Sina fəlsəfəsindən də yüksəkdə idi. O zaman

qəlbimin içinə baxdım. ONU orda gördüm. O, başqa heç yerdə yox

idi"

Təsəvvüfün bu dini dözümlülüyü İslamın bəzi ifrat cərəyanlarını

bu dinin mahiyyətindən doğulduğunu iddia edənlərə ən tutarlı

cavabdır. XIX əsrdə İranda olmuş bir avropalı qeyd edir ki, bu

ölkəyə gələn xaçpərəst özüylə qab-qacaq gətirməlidir, çünki heç bir

yerli sakin ona öz qab-qacağını verib murdar etmək istəməyəcək. Bu

avropalı hətta İranın o vaxtkı xarici işlər naziri Mirzə Seyyid xan

haqqında yazır — bu adam avropalıya nəzər saldıqdan sonra gedib

gözlərini yuyur ki, murdar olmasın.

İslam heç də yeni din olduğunu iddia etmir, o yalnız böyük dinlər

zəncirinin son həlqəsi olduğunu bildirir. Məhəmmədi son peyğəbmər

hesab edən İslam — artıq yeni böyük bir dinin yaranmayacağını da

irəli sürürdü və İslamın yaranmasından sonra keçən əsrlər bu fikrin

tam doğru olduğunu sübut etdi. Çağdaş dünyada Zərdüşt, Budda,

Musa, İsa, Məhəmməd səviyyəsində yeni bir dinin əsasını qoyacaq

peyğəmbəri təsəvvür etmək qeyri-mümkündür.

İddia edilir ki, süfizm, (belə adlanmasa da) — düşüncə tərzi kimi

İslamdan hələ çox qabaqlar da mövcud imiş. Süfizm

dünyagörüşündə İnsanın təkamülü dörd mərhələdən keçir — Şəriət,

Təriqət, Mərifət, Həqiqət…

Sufizm düşüncəsini və həyat tərzini qəbul edən çağdaş insanlar

üçün Freydin və Yunqun psixoloji təcrubəsində heç bir yenilik

yoxdur. Əl Qəzalinin 900 il bundan qabaq yazdığı "Səadətin

əlkimyası" risaləsində cinsi həyat haqqında dedikləri sübut edir ki,

Freydin bu sahədə çox sonralar gəldiyi nəticələrə müsəlman

mütəfəkkirləri yaxşı bələd imişlər.

409

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!