19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

göstərir). Buranın altı qızıldır. Hər yerdən neft çıxardacağıq.

Gülsüm: Ay bala, avazın yaxşı gəlir, meynələr, ağaclar nə

olacaq? Neft çıxsa bunlar zay olub gedəcək axı.

Kamil: Olur-olsun. Neft bilirsən nə deməkdir? Qızıldır neft,

qızıla bərabərdir. Meynə-zad nədir onun yanında?

Əli: Belə çıxır ki, bunlar bu əbavü-əcdadımızın əməyi puç imiş,

bütün bunlar nahaq yerə əkib yetirilib.

Kamil: Əbavü-əcdad! Ə kişi, heç əbavü-əcdadın yeridir? Nə gün

görüb sənin əcdadın ki, hələ bir danışırsan da… Bu daxmamızdan

başqa nə görüblər? Eh kaş geoloqların sözü düz çıxaydı. Neft çıxsın,

gör bura necə dəyişir? Yollar, evlər, əsil şəhər… Tamam başqa aləm

olacaq.

Gülsüm: Görürəm sənin aləmini. Odey arvadlar danışır ki,

Qumluyurdda neft tapılıb, indi mazut əlindən dənizdə paltar yumaq

da olmur.

Kamil: Neft çıxan yerdə mazut da olacaq, məlum məsələdir.

Solmaz: Demək burda da neft çıxsa dənizdə çimmək olmayacaq.

Lap yaxşı olar. Lap əntiqə.

Əli: Bəli… bəli… Əntiqə günlərimiz hələ qabaqdadır.

Füsunkar Abşeron axşamı. Sakitlik, səssizlik, dinclik. Astadan,

tələsmədən söhbət edirlər.

Birdən bərkdən it hürür.

Əli təəccüblə qaranlığa baxır.

Kamil: Gedim görüm nə olub? (İti çağırır) Toplan.

Kamil qaranlığa gedir. Dayanır. Boylanır. Dinləyir. İt irəli

cummaq istəyir. Qız səsi eşidilir.

—Oy! — Görünür o əməlli-başlı qorxub. Kamil tez itin xaltasını

çəkir.

—Kimsən?

Qız səsi: Deyəsən mən azmışam. Ağcanın evinə tərəf getməliyəm.

Kamil: Dayanın bu saat.

O səs gələn tərəfə gedir. Alışqanını yandırır. Onun işığında qızın

sifətini görürük. Bu bayaq qayanın tərkində oturub şəkil çəkən qızdır

(onun adı Sevdadır).

Kamil: Sizsiz?

Sevda: Siz məni tanıyırsınız ki?

Kamil: Dünən görmüşdüm sizi. Qayanın üstündə oturub şəkil

çəkirdiniz.

30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!