19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

görə də, deyirəm də, mənim bu bağnan bağlı anımlarım, xatirələrim,

duyumlarım həmişə bir yay əhval-ruhiyyəsindədir, bir yay

ovqatındadır. Qayğısız, gündüzlər səması açıq, bol günəşli, isti,

bəzən qızmar isti… əvvəllər ağcaqanadlar yox idi, sonra

ağcaqanadlar da əmələ gəldi… gecələri ağcaqanadlı, ulduzlu, dənizin

səsi gələn bir bağ və mən şəhərdə böyüdüyüm üçün, necə deyərlər,

şəhər uşağı olduğum üçün, asfaltın üstündə böyüdüyüm üçün bu bağ

həm də məni təbiətlə bağlayan bir yer idi, torpaqnan bağlayan bir yer

idi. Təbiətin dəyişməsi, payızda ağacların yarpaqlarının tökülməsi,

yazda yaşıl don geyinməsi, üzümün, əncirin yetişməsi, ayın axırında,

iyunun əvvəlində tutun dəyməsi, bir sözlə, təbiətin bu dövrü, bu

dəyişməsi… bunu mən əyani surətdə bu bağda görürdüm. May

ayında tutun dəyməsi bizim üçün böyük sevinc idi. İyunda burda ilk

dəfə tut yeyərdik, sonra yavaş-yavaş üzümlər dəyirdi, birinci pirşiraz

bütün üzümlərdən əvvəl dəyirdi, sonra kişmişi üzüm, şanı, qara şanı,

ağ şanı, sarıgilə… indi bu bağda üzümlüklər də tələf olub gedib.

Amma o vaxt bağın yaxşı üzümü vardı və mən məhrəm bir adamı

itirən kimi bu bağda iki ağacı itirmişəm. Bax o tərəfdə — indi orda

Ənvər Məmmədxanlının bağıdır, orda böyük bir tut ağacı var idi. Biz

o tut ağacının həmişə başına dırmaşardıq, onu silkələyərdik, aşağıda

süfrə tuturlardı, tut tökülürdü. Sonra o qurudu. Deyirlər ki, guya bir

mərdiməzar qonşu gəlib, əhəng töküb dibinə, bilmirəm indi bu nə

dərəcədə belədi, amma hər halda o böyük tut qurudu və ikinci tut da

burdakıydı, siz də görmüşdünüz onu, son illər biz bu tutun altında

yığışırdıq, onun kölgəsində yığışırdıq… dırmaşırdıq o ağaca, o da

qurudu. Mənə belə izah elədilər, bunun qurumağının səbəbi odur ki,

Abşeronda tut ağaclarının kökü gedir dərinə, hardasa bir yerdə duzlu

suya çıtır onun təsiriylə quruyur, hər halda indi səbəbi nə olsa da

onun qurumağı da… bizi məyus elədi. Bu yay gəldik gördük ki, artıq

quruyub… Birinci illər bura biz gəlirdik, atamın ailəsi, özü də onda

bütün bu sahə bizim idi — bu tərəf də, o tərəf də… sonra dedilər ki,

bu sahə çox böyükdür, ona görə bu sahənin yarısını yazıçı Əvəz

Sadığa — "Kirpi" jurnalının ilk redaktoru, yazıçı-jurnalist Əvəz

Sadığa verdilər… Biz ailəliklə dostluq eləyirdik, onun oğlu Azər,

kürəkəni o biri Azər (oğlu Azər Sadıxov skripka müəllimidir,

kürəkəni Azər Rzayev məşhur bəstəkardır), qızları vardı. Əvəz

əminin — Gülər, Gülarə, Gülnar, Gülyaz… Gəlib-gedişimiz vardı.

Burda birlikdə uşaqlıqda oğlanlarla voleybol oynayırdıq, futbol

354

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!