19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sufizmin çağdaş tədqiqatçısı Avropa alimi Karl. V.Ernest Orta əsr

təsəvvüf mütəfəkkirlərinin mətnlərinə əsaslanaraq Sufizmin tərifini

belə verir:

Sufizm nümunəvi davranışın qapısı və layəqətsiz rəftara nifrətdir.

Sufizmə görə Allah sizi özünüzçün ölməyə çağırır ki, onun içində

yaşayasınız.

Sufizm vəhdətdir, onu heç nə dəyişə bilməz və o, heç nəyi dəyişə

bilməz.

Sufinin nişanəsi odur ki, o varlı ola-ola özünü kasıb, hakimiyyəti

ola-ola özünü müti, şöhrəti ola-ola özünü adsız-sansız sayır.

Sufizm o deməkdir ki, sənin heç nəyin yoxdur və sən heç kəsin,

heç nəyin deyilsən.

Sufizm o deməkdir ki, qəlbini Allaha tapşırmaq bütün başqa

əməllərdən üstündür.

Sufizm mənəvi dəyərləri mənimsəyir və maddi dəyərlərə

biganədir.

Sufizm — əgər Haqq onu qovsa belə, Haqqın qarşısında diz

çökməkdir.

Sufizm elə bir haldır ki, bütün insana xas durumlar yox olur.

Sufizm göz qamaşdıran şimşəkdir.

Süfizmin əsas tələblərindən biri budur ki, onun fəlsəfəsinə tapınan

insan zahirən başqalarından heç nəylə seçilməməlidir. (Bu da Zen

fəlsəfəsinə yaxındır — A). Onun əsas məqsədi daxili kamilləşmədir.

Amma başqalarının bundan xəbəri olmamalıdır. Onun qəlbindəkilərin

hamısı sirrdir və bu sirrlər tək bir Allaha bəllidir. Zahirdə isə başqaları,

hətta onu günahkar sayırsa, ona nifrət bəsləyir və təhqir edirlərsə, buna

sevinməlidir. Çünki bu doğru yolla getdiyinin göstəricisidir. Axı tarix

boyu bütün peyğəmbərlər və müqəddəslər də hər cür təqiblərə və

təhqirlərə məruz qalıblar.

Bəzi sufi mütəfəkkir və şairlərdən etdiyim çevirmələr Qoldsiqerin

"Leksii ob İslame", Y.Bertelsin "Sufizm i sufiyskaya literatura", İdris

Şahın "Sufizm", Karl V.Ernestin "Sufizm" kitablarında dərc edilmiş

mətnlərdən götürülmüşdür:

Mənasız işlərlə məşğul olan bəşəriyyət qəflət yuxusundadır, başqa

bir aləmdə yaşayır. Bundan qurtulmağa inam — ancaq vərdişdir, din

deyil. Belə "din" ağılsızdır. Yol Adamlarının ("yol adamları"

deyəndə sufilər nəzərdə tutulur — tərcüməçi) qarşısında boş-boş

danışmaqdan əl çəkin, ondansa özünüzə qalib gəlin. Əgər siz

410

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!