19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

oynayırdıq, axşamlar kart oynayırdıq, bir sözlə, bütün yay ayları o

ailə ilə bağlıydı. Sonra … bu hissəni də atam Ənvər Məmmədxanlıya

— əmisi oğlu, xalası oğlu Ənvər Məmmədxanlıya verdi və o da

burda bax o evini tikdi. Yayda o da gəlirdi. Yayda bir növ bura bir

klub olurdu, atamın da dostları çoxuydu, Ənvər müəllimin də, Əvəz

Sadığa da qonaqlar gəlirdi və o qonaqlar da hamısı burda toplaşırdı.

Bu bağda kimlər olmayıb?... Yazıçılar, jurnalistlər, sənət adamları,

alimlər, müxtəlif adamlar, hələ qohum-qardaşı demirəm. Qohumqardaş

demək olar ki, hər şənbə, hər bazar gələrlərdi bura… Bu

söhbətlər, bu ünsiyyət… bu da mənim həyatımın gözəl, munis

xatirələridir.

Bəlkə haçansa mən, ya başqa bir adam bu bağın sırf yaradıcılıq

baxımından tarixini yazacaq ki, 4 yazıçı, Rəsul Rza, Nigar Rəfibəyli,

Ənvər Məmmədxanlı, o tərəfdə Əvəz Sadıq və necə deyərlər, təzə

başlayan, həvəskar mən… bir çox yazılarımız məhz burda yaranıb…

Atamın bir çox şerləri burda yaranıb, nəinki burda yaranıb, buraynan

bağlıdır. Bax elə ağcaqanadlar haqqında… mənim yadımdadır, biz

bu dəniz sahilinə gedəndə Buzovna ilə Mərdəkan arasında bataqlıq

kimi bir yer vardı… birinci ağcaqanadlar orda əmələ gəldi. Orda

onun kökünü kəsmədilər.

…Ağcaqanadlar ordan yayılmağa başladılar Buzovnaya,

Mərdəkana, Şüvəlana, hətta indi Bakıya da gəlib çıxıblar. O vaxt

atamın bir satirik şeri vardı. Özü də o şer məhz "Kirpi" jurnalında

çap olunmuşdu, həmən bu ağcaqanadlar haqqında… bu

ağcaqanadlarla bağlı bir başqa şeri da var atamın. O da burda yazılıb.

Onun tarixçəsini mən danışmaq istəyirəm. Amerikanlıların ilk dəfə

aya düşməsi haqqındadır bu şer. Armstronq, Oldrin, bir də Kollinz

ilk insanlardı ki, ayaqları aya dəydi… Onu deyim ki, bu tema atama

çox maraqlı görünürdü və Qaqarin uçanda, ilk insan kosmosa uçanda

ona də şer yazmışdı və çox sevinclə, fərəhlə bu hadisəni vəsf

eləmişdi. Amerikanların aya düşməsi də onu çox maraqlandırırdı və

bu barədə də onun şeri var. Amma orda bir qəribə misralar var…

İndi onları aça bilərəm, təəssüf ki, indi bizim mətbuat da bunları

yazır ki, dünyada yalnız iki ölkə — Sovet İttifaqı və Çin Xalq

Respublikası ilk insanın aya düşmək kadrlarını translə eləmədi.

Bütün dünya bunu göstərdi, çünki bu bütün dünyanın nailiyyətiydi,

tək Amerikanın nailiyyəti deyil, necə ki, Qaqarinin uçuşu da bütün

dünyanın nailiyyətidir, bu da… bütün dünya bunu maraqla izləyirdi

355

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!