19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—"O olmasın, bu olsun" operettasında həyat həqiqətinə uyğun

gələn heç bir şey yoxdur.

3-cü jurnalist:

—Bu əsərin müsəlman həyatına heç bir dəxli yoxdu. Üzeyir bəy

onu Avropa həyatından götürüb. Avropalılar bu sayaq əsərlər yazır.

Aparıcı:

—Gah ona görə ittiham edirdilər ki, əsərləri Avropa əsərlərinə

oxşamır, gah da ona görə ki, oxşayır…

4-cü jurnalist (az qala zarıyır):

—Elə ki, opera çıxdı, drama məhv oldu…

1-ci jurnalist:

—Bizim opera monopolistlərin əlinə keçib. Hər yerdə

Hacıbəyovun qüsurlu əsərləri oynanılır. Musiqi çaldırıb ciblərini

doldururlar.

Aparıcı:

—Həmin sözlər yazılarkən Üzeyir bəy bütün əsərlərinə müftə

dirijorluq edirdi.

2-ci jurnalist:

—Bu əsərlər xalqa yabançıdır. Yeganə məqsəd cibişdanı

doldurmaqdır...

Aparıcı:

—Fevralın iyirmisində "Əsli və Kərəm" Kars aclarının nəfinə

oynanıldı. Müəllif də, artistlər də puldan imtina etdilər.

1-ci jurnalist:

—Üzeyir Qadjibekov bu əsərləri yazanda ancaq öz mənafeyini

güdür, xalqı, milləti düşünmür…

Aparıcı:

—Martın beşində "O olmasın, bu olsun" Birinci cahan

müharibəsində yaralanmış rus əsgərlərinin nəfinə oynandı. Aprelin

doqquzunda isə yoxsul iranlıların nəfinə. Özü təhsil almağa gedə

bilməyən Üzeyir bəy hər tamaşasının gəlirindən on beş faizini kasıb

tələbələrə ayırırdı…

3-cü jurnalist:

—Bu gün Bakı teatrolarının birində məşhur bəstəkarımızın

benefisi oldu. Cəmi-cümlətanı min beş yüz manat yığmaqdan ötrü

benefis duzəltməyə dəyərdimi?

Aparıcı:

—Nə adətdi bu cənablarda özgəsinin pulunu saymaq? Üzeyir

216

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!