19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

DAŞ SAATIN SƏSİ

(Sənədli filmin ssenarisi)

Daş saat. Donub dayanmış, daşlaşmış vaxt. Uzaq keçmişlərin

daşa dönmüş yadigarları.

Xalqımızın sözü var: "Daş olsaydım əriyərdim, torpaq idim

dayandım". Daşlar torpaqdan yaranır və son ucda insan kimi də

torpağa qayıdır, ovulub dağılır, yerə qarışır, itib gedirlər.

Ancaq daşlar da var ki, bizə uzaq keçmişlərin səsini çatdırır.

Azərbaycanın torpağı ən qədim insan məskənlərindəndir.

Azərbaycanda milyon il bundan qabaq yaşamış insanların daş

yadigarları, misilsiz sənət örnəkləri hifz olunub.

Qadim insan məskənləri ilə, yurd yerləri ilə bağlı nə qədər əfsanə,

rəvayət var. Bura Naxçıvandakı məşhur Əshabi-Kəfdir.

Azərbaycanın ən qəribə, ən ecazkar guşələrindən biridir. Bqlkə də

Əshabi-Kəflə bağlı qəribə əfsanələr buranın qəribə təbiətindən

doğub.

Bir rəvayətə görə yolları gecəyə düşən səyyahlar kahada qalmalı

olurlar. Yıxılıb yatırlar. Günorta vaxtı oyanarkən səyyahlardan biri

yemək dalınca gedir, gedib öz doğma şəhərinə, hətta öz evinə çatır,

amma heç kəsi tapmır. Məlum olur ki, üç yüz əlli il keçmişdir.

Səyyahlar həmin kahada üç yüz əlli il yatıblarmış. İşi belə görəndə

onlar dua edirlər ki, vaxt qürbətinə düşməmək üçün əbədi yuxuya

getsinlər. Bu zaman dağlar ağız-ağıza qovuşur, səyyahlar həmişəlik

içəridə qalırlar. Bura da o gündən Əshabi-Kəf adlanır.

Təbii mağaralara pənah aparan, qayalar arasında sığınacaq

axtaran insan yavaş-yavaş daşın dilini öyrənməyə başlayır. Daşı-daş

üstə qoyub divarlar, hasarlar tikir, soyuqdan, sazaqdan qorunur.

Atını, itini bağlamaq üçün qayalar qırağında dəlik-deşik açır.

Bura Qobustandır. On min il bundan qabaq insanlar burda məskən

salmış, ov etmiş, yaşamışdır.

İlk sözünü də insan daşlara demiş, qayalara danışmışdır. Qədim

insan onu əhatə edən dünyanı, ovunu, silahını, gözəllik anlayışını bu

rəsmlərdə əks edir.

Qobustan qaya rəsmləri ibtidai dövrün zəngin və nadir həyat

səlnaməsidir.

303

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!