19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Xaqan bu sözlərdən bərk qəzəbləndi.

—Aparın bu nankoru, yenə zindana salın, — dedi.

Gecə Beyrək zindanın bir guşəsində qısılıb uzanmışdı.

Birdən zindanın ağır qapıları ehtiyatla açıldı. İçəri cəngavər

paltarı geymiş bir adam girdi.

Cəngavər qılıncını açıb divardan asdı, sonra paltarlarını bir-bir

soyunmağa başladı — bu Selcan xatun idi. Selcan soyunub Beyrəyin

yatağına girdi. Beyrək yerindən sıçradı. Selcanın qılıncını qapdı,

siyırdı, qızla öz arasına qoydu.

Selcan:

—Qılıncını götür, igid, — dedi, — murad ver, murad al. Sarılaq.

Beyrək:

—Yox, xaqan qızı, — dedi. — Mənim həsrətim var. İki ildir,

sənin atanın dustağıyam. Ataya, anaya, qohum, qardaşa, alagözlü

yarıma həsrətəm.

Selcan:

—İgid, — dedi, — onlar uzaqda, mən yaxındayam. Onlar səni

çoxdan unudub, nişanlın çoxdan ərə gedib. Al məni, sarılaq,

qovuşaq, dadlı damaq verib soruşaq ala yorğan altda.

—Yer kimi yarılım, torpaq kimi sovrulum, qılıncıma doğranım,

oxuma sancılım, oğlum olmasın, olsa da gün yaşamasın əgər mən

atamın, anamın üzünü görmədən səninlə bu yatağa girərsəm.

Selcan xatun durub geyinməyə başladı.

—Yaxşı mən gedirəm, — dedi, — amma onu bil ki, sən ömürlük

bu qalada dustaqsan. Heç bir vaxt atanın, ananın, yarının üzünü

görməyəcəksən. Onlar uzaqda, mən yaxında, hər gecə yanına

gələcəm.

—Mən də hər gecə aramıza qılınc qoyacam.

—Nolar? Görək kim kimə inad gələcək. Axır ki, bir gecə bu

qılıncı qınından çıxarmayacaqsan.

...Tacirlərin karvanı yolları fərsəng-fərsəng udurdu...

Dədə Qorqud öz məzarının yanında oturub qopuz çalır, deyirdi:

—Tacirlərin özü yolda, Banıçiçəyin gözü yolda, Beyrək Parasarın

Bayburd hasarında dustaq, sizə kimdən deyim Qazan oğlu

Turaldan...

Qazılıq dağının yaşıl yamacına al-qırmızı lalə topaları

93

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!