19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qaçacam.

—Elə niyə, bala. Atan məncə ağıllı və xoşxasiyyət adamdı. Başa

düşməlidi ki, bizim zəmanəmizdə savad almaq ən vacib işdir. Hər

şey yaxşı olacaq, səni də, sənin dostun Əhmədi də Qoriyə aparacam.

Əhmədgilin evi hansıdır?

Məmmədhəsən əminin evi. Məmmədhəsən əmi doqqazda oturub,

dərin fikirlərə qərq olub. Rəşid bəyə:

—Mən bilirəm —deyir, — onun naxoşluğu da eşşəyin xiffətini

eləməkdəndi.

Cəlil otağa cumur.

Bir dəri, bir sümük qalmış Əhməd yataqdadır. Güclə gözlərini

açıb Cəlilə baxır. Çətinliklə sözləri tələffüz edir:

—Cəlil — deyir — al bizim hayıfımızı Xudayardan. Söz ver ki,

alacaqsan…

Dəhşətli qadın qışqırığı.

Qışqıran İzzətdir — Əhmədin anası.

Kəndin küçələriylə Əhmədin meyitini aparırlar. Qabaqda Molla

Əlrəhman oxuyur. Meyidin ardınca Məmmədhəsən əminin qoluna

girmiş kəndlilər gedirlər.

Bir tərəfdə arvadlar ağı deyir. Hamısı çadradadır, yalnız biri —

İzzət bütün qanun-qaydaları saymadan açıq üzlə vay-şivən edir,

saçlarını yolur, üzünü cırır:

—Vay Əhməd, vay bala. Hara gedirsən Əhməd, sənə kim qıydı

bala. Evimizə bu bəlanı salanın evi dağılsın, vay bala, vay Əhməd.

Öz evinin pəncərəsindən bu səhnəni Xudayar bəy seyr edir….

Cəlilin gözləri dolub, özü quruyub qalıb. İskəndər yanındadır.

—Yaxşı bax, Cəlil, yadında yaxşı saxla. Bir vaxt bütün bunları

yazarsan. Mütləq yazmalısan.

Cəlilgilin evi. Atası Hacıyla söhbət edir.

Hacı:

—Başına at təpib Məmmədqulu, bu nə fikirdi gəlmisən. Oğlunu

kafərlərin arasına göndərmək istəyirsən ki, onların murdar dinini

qəbul etsin, donuz əti yesin, şərab istemal eləsin, İskəndər kimi əyyaş

olsun… İstəyirsən papağımızı yerə soxsun. Yox, yox, məbadə, bu

fikri at başından. Mən özüm ona quran oxumağı öyrədəcəm. Uçtel

Həsənov da az-maz ruscanı öyrədər, kifayətdi.

—Yox, mən gedəcəm, gedəcəm — deyə Cəlil qışqırıqla otağa

daxil olur, rəflərdəki kasaları, qab-qacağı götürüb yerə çırpır,

168

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!