19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

"KÖÇƏN QUŞLAR" KİTABINDAN

Yayın köçən quşları uçub pəncərəmin önünə gəlirlər, onlar öz

nəğmələrini oxumaq, sonra da uzaqlara uçmaq üçün gəlirlər.

Nəğməsiz xəzan yarpaqları isə titrəyir, torpağa tökülür, ah çəkib

mənimlə qalır.

Günəş hanı? — deyə göz yaşları axıdırsansa ulduzları

görməyəcəksən.

Qəlbimin kədərinə rahatlıq sinir, sakitləşmiş ağacların altına

axşam sinən kimi.

Sənin kim olduğunu görmürəm, gördüyüm ancaq sənin kölgəndir.

Var olmağım mənimçün əbədi möcüzədir. Həyat da elə budur.

Sularda balıq susur, torpaqda heyvan böyürür, göylərdə quş ötür.

İnsansa özündə dənizin sükutunu da, torpağın hay-küyünü də,

göylərin nəğmələrini də yaşadır.

Balta sapını ağacdan istədi. Ağac verdi.

Su qabda şəffaf, dənizdə tünd olur. Kiçik həqiqətlərin sözləri

aydındır, böyük həqiqətlərin sükutu böyükdür.

Axşam səması mənimçündür — pəncərə… yandırılmış çıraq.

Kimsə məni gözləyir.

Adamlar amansızdır, lakin İnsan mərhəmətlidir.

Ürkək fikirlər, məndən qorxmayın, mən — şairəm.

Yalan güc ola bilər, amma heç vaxt həqiqət ola bilməz.

Həqiqət özünə qarşı elə bir tufan qaldırır ki, bu tufan onun

toxumlarını hər yana səpələyir.

Qoy son sözlərim bu olsun: Sənin eşqinə inanıram.

460

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!