19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

haqqında deyəndə ki, mən şairəm, yazıçıyam, bu bir az qeyritəvazökar

səslənir, bu eyni şeydi ki, deyəsən mən yaxşı adamam,

yəni demək ki, mən yazıçıyam və yazıçılığa necə başladım — mənim

üçün burda bir qeyri-təvazökarlıq var, amma hər halda bu peşəyə

mən necə gəldim… o barədə danışa bilərəm.. çox vaxt oxucularla

görüşlərdə belə sual verirlər və mən hələ də bu sualın cavabını

bilmirəm. Sual isə bundan ibarətdir ki, "Siz ədəbi ailədə, yazıçılar

ailəsində dünyaya gəlməsəydiniz yazıçı olardınız, yoxsa yox?" Mən

bu sualın cavabını bilmirəm, doğrusu. Bəlkə də mən bir həkim

ailəsində dünyaya gəlsəydim həkim olardım, fəhlə ailəsində dünyaya

gəlsəydim fəhlə, kəndçi ailəsində kəndçi, müəllim ailəsində müəllim

və bəlkə də yazıçı olmağımın, yəni ədəbiyyat sahəsində

çalışmağımın səbəbi odur ki, məhz yazıçı ailəsində dünyaya

gəlmişəm. Uşaqlıqdan ədəbi söhbətlər mühitində, kitablar mühitində,

ədəbiyyatla bağlı məsələlər mühitində və ədəbi iclaslar, disputlar,

mübahisələr, zövqlərin münaqişəsi mühitində böyümüşəm. Bəlkə

bütün uşaqlığım bu şəraitdə keçdiyinə görə, atamın, anamın yazıçı

olduğunu görüb həvəsləndiyimə görə yazıçı olmuşam, ola bilsin.

Bəlkə də yox. Bu suala cavab yoxdur, çətindi demək… Amma bu

iş… bu peşəyə maraq uşaqlıqdan olmasına baxmayaraq, haçan təsdiq

olundu? Bu təxminən 51-ci, 52-ci il idi, yox dəqiq 52-ci il… Şuşada

dincəlirdik… Şuşaya getməyimiz… faciəvi hadisələrlə bağlı idi. O

illəri dalbadal bibim Turə vəfat elədi — cavan yaşında və onun

fərağına, onun xiffətinə dözməyib bir ildən sonra nənəm Məryəm

xanım rəhmətə getdi. Yadımdadır ki, bütün ili nənəm ağladı və

qızının yasını tutdu. Bundan sonra atamı bu kədərli fikirlərdən

ayırmaq üçün qərara gəldik ki, Şuşaya gedək, Şuşada bir az bu

şeyləri bəlkəm unutsun. Ümumiyyətlə Şuşa haqqında mən sonra

danışaram. Şuşa mənim üçün həm ən çox fərəhləndiyim, çox

sevdiyim bir yer idi, həm də belə gətirib ki, həmişə ora müəyyən

dərəcədə kədərli xatirələrlə də bağlanıb… Şuşada Üzeyir Hacıbəyov

filmini çəkəndə atamın, anamın vəfatı elədiyi il idi — 81-ci il…

Şuşaya birinci gəlişimiz də dediyim kimi bu ailə itkilərimizlə bağlı

idi. Nənəmi çox istəyirdim, onun xiffətini çəkirdim, həm də

darıxırdım. Şəhər mühitində böyümüş yeniyetmə Şuşada nədisə

darıxırdı… İndi mən Şuşanın gözəlliyinə valehəm və ən böyük

xoşbəxtlıyim o olardı ki, Şuşada çox yaşaya biləm. Amma o zaman

Şuşada darıxırdım, təbiət də məni cəlb eləmirdi, bu gözəllikləri də

357

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!