19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sevda: Hə… Mən də indi tanıdım sizi. Siz dənizdə çimirdiniz, uzağa

getmişdiniz. Bir qız elə hey qışqırırdı, Kamil, Kamil…

Kamil: Hə.

Sevda: Mən bu gün də işləyirdim, heç bilmədim qaranlıq haçan

düşdü. İndi də deyəsən azmışam.

Kamil: Bu saat mən ötürürəm sizi.

Meynəliklərin sırasıyla gedirlər.

Sevda: Bu gün dənizin qırağında qəribə bir şey tapmışam. Budey,

bax, bu balıqqulağını. Alın bir qulağınıza qoyun.

Kamil qəribə bir hərəkətlə (biz bu hərəkəti vaxtilə Kərim babada,

sonra Əlidə görmüşük) sağ əliylə balıqqulaqlarını götürüb sol

qulağına qoyur. Kamillə birlikdə biz də balıqqulağının içindən

dənizin səsini eşidirik.

Kamil: Dəniz səsi…

Sevda: Nə qəribədir. Belə niyə götürürsüz. Bu biri əlinizlə

götürün də. Axı belə narahatdır.

Kamil: Mənə belə rahatdır.

Sevda (Balıqqulağını alıb öz qulağına tutur): Siz Bakıdansınız?

Kamil: Yox buralıyam. Bakıda oxumuşam. İndi yenə burda

işləyirəm. Neftçiyəm. Adım da Kamildir. Tanış olaq da.

Sevda: Olaq. Mənim adım Sevdadır.

Kamil: Gəlib çıxdıq. Bu da Ağca nənənin evi. Gecən xeyrə

qalsın.

Sevda: Xeyrə qarşı.

Kamil öz evlərinə tərəf qayıdır. Ağcagilin evindən isə Sevdanın səsi

eşidilir. Sözləri ayırmaq olmur, ancaq səsi, gülüşü eşidilir.

Kamil eyvanda uzanıb, ancaq hələ yatmayıb. Gözləri açıqdır. Başı

üstündəki ulduzlu səmaya baxır.

Solmaz (pıçıltıyla): Yatmısan?

—Yox.

—Kim idi? Kimlə danışırdın?

—Əşi, həmin o rəssam qız idi. Azmışdı.

Kamil papirosunu odlayır. Sükut.

Solmaz: Nə fikirləşirsən?

—Heç, elə belə…

—Denən də, nə olar, nə barədə fikirləşirsən axı?

—Nə barədə? Deyirəm bax, bu cənub tərəfdə neft tapıblar.

Şimalda da. Demək neft kəməri mütləq burdan keçir. Burda olmaya

31

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!