19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ilməz.

Solmaz (sevinc içində sözünü kəsir): Doğrudan da bu barədə

fikirləşirdin?

—Hə, nədir ki?

Solmaz: Ancaq bu barədə?

Kamil: Hə də… axı nədir ki?

Solmaz: Heç, heç, elə-belə. Yat, dincəl, bu barədə sabah

fikirləşərsən. Gecən xeyrə qalsın.

Kamil: Xeyrə qarşı.

Sevdanın uzaq səsi. Uzaq gülüşü. Dənizin uzaq pıçıltısı. Kamil

üzünü saqqal basmış, yorğun görkəmli, fikirli halda sahildə gedir.

Axşam çağıdır.

—Salam.

Bu Kamili fikirlərindən ayırır. O, başını qaldırır və qayanın

başında Sevdanı görür.

Sevda (gülümsünərək): Nəyin fikrini çəkirsiniz belə?

Kamil (sağ əliylə sol qulağını qaşıyaraq): Heç.

Sevda: Çimməyə gəlmisiz?

Kamil başıyla təsdiq edir və soyunub dənizə cumur.

…Kamil dənizdən çıxır və qum üstündə karikuturanı görür.

Saqqallı, qaş-qabaqlı bir gənc sağ əliylə sol qulağını qaşıyır. Bu

Kamilin karikaturasıdır. Kamil Sevdanın gülüşünü eşidib başını

qaldırır, ona baxır. Sonra ayağıyla şəkli silmək istəyir.

—Nə edirsiz? — deyə Sevda qışqırır. — Axı bu sənət əsəridir.

Kamil bir an dayanır. Dənizdən gələn ləpə şəkli yuyub aparır.

Kamil: Bu sənət əsərini dəniz də bəyənmir, görürsüz. Yaxşı,

yorulmadınız?

—Nədən?

—Elə hey dənizi çəkirsiniz. Eyni şeyi nə qədər çəkmək olar?

Sevda: Eyni şeyi? Siz nə danışırsız? Dünən dəniz tamam başqa

idi. Bir bura qalxın. Görürsüz?

—Nəyi? (Onu yamsılayır) Nəyi, nəyi? Dənizi. Qəribə adamsız.

Dünyada bu dənizdən gözəl nə var? Gözünüz qabağındadır. Siz də

baxıb elə bil görmürsüz. Nəyi, nəyi?

Kamil: Siz bura təzə gəlmisiniz. Deyəsən heç ömrünüzdə dənizzad

görməmisiniz. Odur ki, o sizin gözünüzə ayrı cür görünür. Mən

isə gözümü açandan bu dənizi görmüşəm. Bax bu boyda vaxtından.

Hər üzünü görmüşəm bu dənizin. İndi də işləyirəm bu dənizdə.

32

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!